A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Tag Archives: tələbə qəbulu

BSU-da sənəd qəbulu yüksək səviyyədə həyata keçirilir

IMG_3029

Avqustun 16-dan etibarən Bakı Slavyan Unversitetində də (BSU) tələbə adını qazanmış abituriyentlərin qeydiyyatına start verilib. Qeyd edək ki, universitetin rektoru, professor Nurlana Əliyevanın əmri ilə 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə universitetdə Sənəd qəbulu üzrə Komissiya yaradılıb və həmin komissiyaya Tələbə və məzunlarla iş şöbəsinin müdiri Nəsib Cəbrayılov …

Read More »

Məleykə Abbaszadə boş qalan plan yerlərinin sayını açıqladı – “Ən çox bu universitetlərdə….”

meleyketqdk2

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimlərinin nəticələri ilə bağlı  jurnalistlərlə keçirdiyi görüşdə bir çox məsələlərə toxunub. AzEdu.az-ın məlumatına görə, M. Abbaszadə  bildirib ki, “Abituriyent”jurnalının 8-ci nömrəsi tezliklə nəşr olunacaq. Burada boş qalan plan yerləri haqda məlumat veriləcək. Həmçinin,  sədr bildirib ki, bu il 45021 plan yerinə 39947 nəfər qəbul olunub. Boş qalan plan yerlərinin sayı isə …

Read More »

Məleykə Abbaszadə 596 bal “toplayan” abituriyentin real göstəricilərini açıqladı – Ortada məhkəmə işi də var

39252915_305999393310746_973281259046305792_n

596 bal “toplayan” abituriyentin anası və dayısı Dövlət İmtahan Mərkəzinə üz tutublar. AzEdu.az  xəbər verir ki, abituriyentin anasının iddiasına  görə,  7727-ə ilk mesajı özü göndərib.  Bu zaman gələn bal isə 596 olub. İxtisas seçimləri açıqlananda isə cavab gəlmədiyinə görə, yenidən mesaj göndərilib. Bu dəfə isə nəticə  418 bal göstərilib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məsələylə  bağlı jurnalistlərlə …

Read More »

Qəbul imtahanında qanun pozuntusunun qarşısı alındı – Tələbələri imtahana buraxmaq istəyiblər

imtahan m

Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində bu il Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb. AzEdu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib. Aparılmış ilkin araşdırmalar zamanı Gəncə …

Read More »

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başladı

dovlet-imtahan-merkezi-dim-1

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb. Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a  verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun …

Read More »

Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlanıb

dovlet-imtahan-merkezi-dim

2018/2019-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin (tam və ümumi orta təhsil bazasında) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat başlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün müvafiq linklərdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli …

Read More »

DİM-dən V qrupun abituriyentlərinə XƏBƏRDARLIQ

Imtahan114666691851467026124

İmtahan iştirakçıları “ İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 10-da: Ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları; Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları; Eksternat …

Read More »

İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb

Imtahan114666691851466832188

İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2018-2019-cu tədris ili üçün ilk dəfə tələbə qəbulu həyata keçiriləcək. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə – islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılacaq. İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla …

Read More »

Səhiyyə Nazirliyi rezidenturaya qəbul üzrə plan yerlərinin azaldılmasına dair narazılıqlara münasibət bildirib

hekim-xeste

Səhiyyə Nazirliyi 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin azaldılması və bu barədə gec məlumat verilməsinə dair narazılıqlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məsələ ilə bağlı müraciət edənlər Səhiyyə Nazirliyində nazir müavini və digər əməkdaşlar tərəfindən qəbul ediliblər. Həkimlərə müvafiq izahatlar verilib, onların sualları ətrafında müzakirə aparılıb. Müraciət edənlərə məlumat verilib ki, Nazirlər Kabinetinin 2013-cü …

Read More »

Azərbaycanda hərbi liseylərə qəbul qaydaları dəyişib, təhsil müddəti azaldılıb

nazirler-kabineti

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Hərbi Liseydə təhsil müddəti azaldılıb. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin  “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb. İndiyə qədər bu liseylərdə təhsil müddəti 3 il olub və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil …

Read More »