A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Tag Archives: DİM

BSU-da sənəd qəbulu yüksək səviyyədə həyata keçirilir

IMG_3029

Avqustun 16-dan etibarən Bakı Slavyan Unversitetində də (BSU) tələbə adını qazanmış abituriyentlərin qeydiyyatına start verilib. Qeyd edək ki, universitetin rektoru, professor Nurlana Əliyevanın əmri ilə 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə universitetdə Sənəd qəbulu üzrə Komissiya yaradılıb və həmin komissiyaya Tələbə və məzunlarla iş şöbəsinin müdiri Nəsib Cəbrayılov …

Read More »

Məleykə Abbaszadə boş qalan plan yerlərinin sayını açıqladı – “Ən çox bu universitetlərdə….”

meleyketqdk2

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimlərinin nəticələri ilə bağlı  jurnalistlərlə keçirdiyi görüşdə bir çox məsələlərə toxunub. AzEdu.az-ın məlumatına görə, M. Abbaszadə  bildirib ki, “Abituriyent”jurnalının 8-ci nömrəsi tezliklə nəşr olunacaq. Burada boş qalan plan yerləri haqda məlumat veriləcək. Həmçinin,  sədr bildirib ki, bu il 45021 plan yerinə 39947 nəfər qəbul olunub. Boş qalan plan yerlərinin sayı isə …

Read More »

Məleykə Abbaszadə 596 bal “toplayan” abituriyentin real göstəricilərini açıqladı – Ortada məhkəmə işi də var

39252915_305999393310746_973281259046305792_n

596 bal “toplayan” abituriyentin anası və dayısı Dövlət İmtahan Mərkəzinə üz tutublar. AzEdu.az  xəbər verir ki, abituriyentin anasının iddiasına  görə,  7727-ə ilk mesajı özü göndərib.  Bu zaman gələn bal isə 596 olub. İxtisas seçimləri açıqlananda isə cavab gəlmədiyinə görə, yenidən mesaj göndərilib. Bu dəfə isə nəticə  418 bal göstərilib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məsələylə  bağlı jurnalistlərlə …

Read More »

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başladı

dovlet-imtahan-merkezi-dim-1

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb. Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a  verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun …

Read More »

Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlanıb

dovlet-imtahan-merkezi-dim

2018/2019-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin (tam və ümumi orta təhsil bazasında) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat başlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün müvafiq linklərdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli …

Read More »

DİM-dən V qrupun abituriyentlərinə XƏBƏRDARLIQ

Imtahan114666691851467026124

İmtahan iştirakçıları “ İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 10-da: Ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları; Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları; Eksternat …

Read More »

Magistraturaya qəbul olan bakalavrların qeydiyyatı başlayıb

dovlet-imtahan-merkezi-dim

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar 2018-ci il iyunun 28-dən  iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.   Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.   “Qeyd olunan müddətdə …

Read More »

Sabah 65 minədək şagird buraxılış imtahanı verəcək

2-620x3691529475073

Dövlət İmtahan Mərkəzi iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Bu barədə Dövlət Imtahan Mərkəzindən Modern.az-a məlumat verilib. Bildirilib ki, həmin gün ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 37029, XI sinif üzrə 27771). Bu imtahanda …

Read More »

Qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat bu gün BAŞA ÇATIR

dim1500276247

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən abituriyentlər üçün mayın 17-dən başlayan  qeydiyyat bu gün yekunlaşacaq. Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu saata qədər 58134  nəfər qeydiyyatdan keçərək ərizəsini təsdiq edib. Onlardan 53404 nəfəri Azərbaycan, 4730  nəfəri isə rus bölməsinin şagirdləridir. Abituriyentlərin ən çox müraciət etdikləri qruplar I və III ixtisas qruplarıdır. I  ixtisas qrupu üzrə 21704,  II ixtisas …

Read More »