A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Tag Archives: BDU

BDU-da “İlin ən yaxşı dekanı” seçilib

36664499_1976502162394496_3365495326143152128_n

Facebook sosial şəbəkəsinin “BDU” səhifəsində “İlin ən yaxşı dekanı” nominasiyası üzrə açıq səsvermə keçirilib. Universitetin 17 fakültəsini əhatə edən və bir ay davam edən səsvermədə fakültənin inzibati idarə olunmasındakı yüksək peşəkarlıq, gənclərin elmə cəlb olunması istiqmətində xidmətlər, qayğıkeşlik, tələbə-müəllim kontingenti ilə münasibətlər əsas götürülüb.   Universitetin tələbə və məzunlarının, eləcə də səhifə istifadəçilərinin iştirak etdiyi səsvermədə Hüquq fakültəsinin dekanı, professor …

Read More »

BDU Qazaxıstanın Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti ilə Anlaşma memorandumu imzalayıb

bdu

Bakı Dövlət Universitetində Qazaxıstanın Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru, texnika elmləri namizədi Berik Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov 100 illik yubiley ərəfəsində olan BDU-nun tarixi və bu günü, beynəlxalq əlaqələri barədə məlumat verib. O, Əl Fərabi adına Qazaxıstan Milli Universiteti, L.Qumilyov adına Avrasiya …

Read More »

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin alimləri qalib olublar

30859509_1888137934564253_2030894527_n

Patent və Əmtəə Nişanları Mərkəzi perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib. Bakı Dövlət Universitetinin kimya fakültəsinin alimləri “İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi”nin qaliblərindən olublar. Belə ki, BDU-nun “Çirkab suların təmizlənməsi üçün hibrid kompoziya sorbentinin alınması üsulu” ixtirası I yerə layiq görülərək “İlin Patenti” …

Read More »

Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub

bdu

Gürcüstanın elm və təhsil naziri Mixeil Çxenkeli, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Georgiy Şervaşidze və bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze Bakı Dövlət Universitetində olublar. Nümayəndə heyətini salamlayan rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq Azərbaycan-Gürcüstan əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından, strateji regional inteqrasiya layihələrində birgə iştiraklarından bəhs edib. Qonaqları BDU-da …

Read More »

BDU və Milli Nüvə Tədqiqatları Mərkəzi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun NICA megaproyektinə qoşulub

bdu

Bakı Dövlət Universiteti Fizika Problemləri İnstitutunun direktor müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) şöbə müdiri Anar Rüstəmov Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) elmi səfərdədir. Səfərin məqsədi BNTİ-nin NICA (Nuclotron-based Ion Collider faсility ) megaproyektinin ilk kolaborasiya toplantısında iştirak etmək, proyektin qarşısında duran fiziki problemləri müzakirə etməkdir. Tədbirə dünyanın …

Read More »

BDU rektoru doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb

bdu

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2017-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş 200-ə yaxın gənc alim və mütəxəssislə görüşüb. Universitetin dünyanın bir sıra qabaqcıl elm, təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini, hər il ümumi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dən çox yerli və beynəlxalq proqram, …

Read More »

BDU-nun Jurnalistika fakultəsində elmi praktiki konfrans

bdu

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” adlı elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçılarını salamlayan elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva konfransın Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına və BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Jurnalistika fakültəsində “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” adlı elmi-praktik konfransın …

Read More »

OPTEK şirkətinin nümayəndələri BDU-da

bdu

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov OPTEK şirkətinin Azərbaycan və MDB təmsilçisi, “Carl Zeiss” şirkətinin direktoru Mişel Hubensak, şirkətin Rusiya və MDB üzrə baş meneceri Maksim İqelnik və OPTEK-in Azərbaycan nümayəndəliyinin direktoru Nataliya Həmzəyevanı qəbul edib. Rektor son illər Azərbaycanda prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən, o cümlədən elm-təhsil sahəsindəki uğurlu layihələrdən bəhs edib. Bakı Dövlət …

Read More »

“Təhsil naziri elə şəxs təyin olunmalıdır ki…” – Abel Məhərrəmovla MÜSAHİBƏ

bdu

AzEdu.az “Danışır rektor” layihəsinə start verir. Layihədə Azərbaycanda fəaliyyət göstərən universitetlərin rektorları ilə müsahibələrə yer veriləcək. Layihənin ilk qonağı Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovdur. Üç ilə yaxındır ki, Abel Məhərrəmovun mediada böyük müsahibəsinə rast gəlinmir. Modern.az rektorun geniş müsahibəsini təqdim edir.   – Abel müəllim, hazırda universitet auditoriyalarında dərs deyən müəllimlərin çoxu SSRİ-nin yetişdirmələridir. Müasir gənc nəsil bu cür …

Read More »

BDU Belarus Dövlət Pedaqoji Universiteti ilə müqavilə imzaladı

bdu belarus

Belarus Dövlət Pedaqoji Universitetinin rektoru, professor Aleksandr Jukun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov ölkəmizdə elm-təhsil sahəsində həyata keçirilən uğurlu siyasətdən, o cümlədən bu ali təhsil ocağının beynəlxalq əlaqələrindən bəhs edib. Professor Aleksandr Juk 100 illiyini qeyd etməyə hazırlaşan Bakı Dövlət Universitetinin fəaliyyətini yüksək dəyərləndirib, ümumiyyətlə Azərbaycanda təhsil və tədris sahəsinin …

Read More »