A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Tag Archives: BANM

BANM-ın daha bir tələbəsi Gənclər Fondunun qrant layihəsini uğurla icra edib

banm

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub. Ali Məktəbin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Vüsal Quluyev özünün “İstixana Effekti: Artan Entropiya”  adlı layihəsini BANM-ın təşkilatı dəstəyi ilə uğurla həyata keçirib. Layihə beş təlim və iştirakçıların hazırlıq səviyyəsini yoxlamaq üçün bir “Poster” müsabiqəsindən ibarət olub. …

Read More »

BANM-ın tələbələri SPE-nin “PetroBowl” Azərbaycan Çempionatının qalibi olublar

banm1

Bakı Ali Neft Məktəbində (BANM) Neft Mühəndisləri Cəmiyyəti Azərbaycan Bölməsinin “PetroBowl” Azərbaycan Çempionatı keçirilib. Çempionatda Bakı Ali Neft Məktəbi və digər universitetlərdən olan doqquz komanda iştirak edib.   Neft sənayesinə aid sualların verildiyi intellektual yarışmada suallara ən tez və doğru cavab verən komandalar qalib gələrək növbəti tura vəsiqə qazanıb. Mübarizənin sonunda üç komanda qalib elan edilib. Birinci yerə Ali Məktəbin …

Read More »

BANM və ASAN xidmət “1-ci Karyera sərgisi”ni keçirir

banm asan

Bakı Ali Neft Məktəbi (BANM) və ASAN xidmətin ASAN Könüllülük Məktəbinin birgə əməkdaşlığı çərçivəsində ilk dəfə olaraq “Karyera sərgisi” keçiriləcək. Əsas məqsədi ölkədə gənclərin məşğulluğunu artırmaq və onların işlə təmin olunmasına yardım etmək olan sərgi ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi tərəfindən BANM-ın təşkilatı dəstəyilə həyata keçiriləcək. Sərgi 2018-ci ilin 1 mart tarixində, saat 10:00-dan 17:00-dək BANM-ın kampusunda keçiriləcək. …

Read More »

BANM-da “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq

banm1999

Bu gün informasiya texnologiyalarının sürətli inkişafına və informasiyaya əlçatımlığın asanlaşmasına paralel olaraq, bu sahəyə edilən qanunsuz müdaxilələrin də sayı artmaqdadır. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, mütərəqqi fiber-optik kommunikasiya infrastrukturlarının qurulduğu Azərbaycanda informasiya  təhlükəsizliyi böyük əhəmiyyət daşıyır. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Bu baxımdan, informasiya sisteminin …

Read More »

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

banm azerspace

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “Azərspace-2” peykinin orbitə buraxılması mərasimində iştirak edəcək və ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisənin canlı şahidi olacaq. Azərbaycan Respublikasının sayca üçüncü peyki olacaq “Azerspace-2” peykinin buraxılması cari ilin aprel ayında  Fransız Qvianasında yerləşən Kuru kosmodromunun Qviana Kosmik Mərkəzində baş tutacaq. BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin tələbəsinin ölkə üçün tarixi əhəmiyyətli mərasimdə …

Read More »

BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı

banm555

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub. Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Ayaz Səmədli özünün “Alqoritmik düşüncənin inkişafı” adlı layihəsini BANM-ın təşkilati dəstəyi ilə uğurla həyata keçirib.   Layihənin BANM-ın Konfrans zalında keçirilən yekun mərhələsində Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müəllimləri …

Read More »

BANM-ın məzunları 100% işlə təmin olundu

banm

Dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ildə ilk məzunlarını yola saldı. Keçən il Ali Məktəbi neft-qaz mühəndisliyi ixtisası üzrə 48 nəfər, kimya mühəndisliyi ixtisası üzrə 54 nəfər – cəmi 102 məzun bitirib. Qeyd edək ki, məzunların əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Bəziləri isə, təhsillərini …

Read More »

BANM-ın iki tələbəsi Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görüldü

banmm

Bakı Ali Neft Məktəbinin  (BANM) iki tələbəsi  – “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Nərmin Abdullazadə və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi Rəşad Nəzərəliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüblər. Heriot-Vatt Universiteti tərəfindən hazırlanan sertifikatlar  BANM-ın rektoru Elmar Qasımov tərəfindən ilin tələbələrinə təqdim edilib. 2012-ci ildən neft-qaz sektoru …

Read More »

Bakı Ali Neft Məktəbində MBA proqramına qəbul keçiriləcək

bhos bb

Bakı Ali Neft Məktəbində (BANM) cari ildən etibarən “Biznesin idarə edilməsi” (Master of Business Administration) ixtisası üzrə magistratura proqramı tədris ediləcək. Hazırda magistratura pilləsi üzrə  “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə yüksək səviyyəli mütəxəssislər hazırlayan BANM 2018/2019-cu tədris ili üçün MBA proqramı və “Proseslərin Avtomatlaşdırılması mühəndisliyi” üçün də qəbul elan edib. Qeyd edək ki, Ali Məktəb  MBA proqramı üzrə …

Read More »