A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Tag Archives: Bakı Dövlət Universiteti

BDU Qazaxıstanın Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti ilə Anlaşma memorandumu imzalayıb

bdu

Bakı Dövlət Universitetində Qazaxıstanın Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru, texnika elmləri namizədi Berik Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov 100 illik yubiley ərəfəsində olan BDU-nun tarixi və bu günü, beynəlxalq əlaqələri barədə məlumat verib. O, Əl Fərabi adına Qazaxıstan Milli Universiteti, L.Qumilyov adına Avrasiya …

Read More »

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin alimləri qalib olublar

30859509_1888137934564253_2030894527_n

Patent və Əmtəə Nişanları Mərkəzi perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib. Bakı Dövlət Universitetinin kimya fakültəsinin alimləri “İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi”nin qaliblərindən olublar. Belə ki, BDU-nun “Çirkab suların təmizlənməsi üçün hibrid kompoziya sorbentinin alınması üsulu” ixtirası I yerə layiq görülərək “İlin Patenti” …

Read More »

Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub

bdu

Gürcüstanın elm və təhsil naziri Mixeil Çxenkeli, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Georgiy Şervaşidze və bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze Bakı Dövlət Universitetində olublar. Nümayəndə heyətini salamlayan rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq Azərbaycan-Gürcüstan əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından, strateji regional inteqrasiya layihələrində birgə iştiraklarından bəhs edib. Qonaqları BDU-da …

Read More »

BDU rektoru doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb

bdu

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2017-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş 200-ə yaxın gənc alim və mütəxəssislə görüşüb. Universitetin dünyanın bir sıra qabaqcıl elm, təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini, hər il ümumi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dən çox yerli və beynəlxalq proqram, …

Read More »

BDU-nun Jurnalistika fakultəsində elmi praktiki konfrans

bdu

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” adlı elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçılarını salamlayan elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva konfransın Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına və BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Jurnalistika fakültəsində “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” adlı elmi-praktik konfransın …

Read More »

BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar verilib

bdu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin magistratura səviyyəsinə yeni ixtisaslaşmlar əlavə edilib. Modern.az xəbər verir ki, bunlar əqli mülkiyyət hüququ, tibbi hüquq, əmək və sosial təminat hüququ, inzbati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, idman hüququ, turizm hüququ ixtisaslaşmalarıdır. Qeyd edək ki, Hüquq fakültəsinin magistratura səviyyəsində tədris Azərbaycan, rus, ingilis və alman dillərində aparılır. İndiyədək 11 …

Read More »

BDU-nun dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə qərarı elan olunub

qanun

Bu gün Apellyasiya Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevin barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. “Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hər iki tərəfin apellyasiya şikayəti təmin edilməyib, …

Read More »

BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb

27044690_1785705468140834_1248681764_n

Bu gün Bakı Dövlət Universitetində bu ali təhsil ocağı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq, onlara universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, nüvə fizikası və nüvə …

Read More »

Dekan müavininin təhqir etdiyi gənc BDU-dan qovuldu

bdu

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadənin təhqir etdiyi laborant işdən qovulub. Bu barədə Axar.az-a laborantın özü – Vüsal Yüzbaşıyev məlumat verib. O bildirib ki, yanvarın 18-də işdən çıxarılıb: “Lakin hədə-qorxu gələn, təhqirlərdən istifadə edən dekan müavini hələ də universitetdə fəaliyyətini davam etdirir. Həmkarlar İttifaqı komitəsində 1 saat iclas keçirildi, həmin iclasda “sən səs yazıb, universitetimizin adına ləkə gətirmisən” …

Read More »