A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Tag Archives: Azərbaycan Memarlıq və İnşaat Universiteti

AzMİU müəllimlərinə Paris Sorbonne Universitetinin sertifikatları verilib

34601376_1931079783603401_2980758851621486592_n

AzMİU ilə Paris Sorbonne Universitetinin birgə əməkdaşlığı nəticəsində 11-14 sentyabr tarixlərində Sorbonne Universitetinin professoru Florent Pratlong tərəfindən “Universitet sistemində interaktiv təhsil” adlı treyninqləri uğurla başa vuran müəllimlərimizə Paris Sorbonne Universitetinin sertifikatları təqdim olunub. Təqdimat mərasimində Sarbonna Abu-Dabinin təmsilçisi İmran Muxtarov, AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova və müəllimlər iştirak ediblər. Məlumat üçün …

Read More »

AzMİU-nun əcnəbi tələbələrinin AXC-nin 100 illiyinə bayram töhfəsi

press reliz 2

Mayın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan tarixinin şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)  100 illik yubileyi  münasibəti ilə tədbir keçirilib. AzMİU-nun Əcnəbi tələbələrin təhsili üzrə dekanlığının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorun müdiri Müjdət Həsənov, Türkmənistanın ölkəmizdəki fövqəladə və …

Read More »

AzMİU-nun müəllimlərinə Kembric Universitetinin sertifikatları verilib

sertifikat 11

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, universitet müəllimlərinin ingilis dilində dərs demək səviyyələrinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi yönümündə ardıcıl tədbirlər görür. Bu məqsədlə 2017-ci ilin sentyabr ayından başlayaraq, AzMİU-nun ingilis bölməsində dərs deyən müəllimləri Cambridge EMI kursu üzrə təhsilə başlayıblar. 11 müəllim 7 ay ərzində universitetdə müasir standartlara uyğun akademik ingilis dili üzrə 8 modullu kursu …

Read More »

İtaliyalı qonaqlar AzMİU-da

32834956_1909354252442621_7308039127914512384_n

İtaliyanın Milan Texnik Universitetinin professorları Silviya Piardi, Giovanni Conti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar. İtaliya Respublikasının ölkəmizdəki səfiri Auqusto Massarinin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə universitetin rektoru, professor  Gülçöhrə Məmmədova ilə görüşüblər. Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, tədris işləri üzrə prorektoru Akif Qasımov, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Xarici əlaqələr şöbəsinin …

Read More »

AzMİU Türkiyənin Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək

yildiztexniki

Aprelin 19-da  Türkiyənin Yıldız Texniki Universitetinin rektoru, professor  Bahri Şahin və Tətbiqi elmlər fakültəsinin dekanı, professor Sezgin Bakırdere Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Qonaqları universitetin  rektoru, professor  Gülçöhrə Məmmədova qəbul edib. Görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə qonşu ölkənin universitetləri ilə ikitərəfli əməkdaşlığın vacibliyi vurğulanıb. Görüşdə hər iki universitet arasında təhsil …

Read More »

AzMİU Almaniyanın Brandenburq Texniki Universiteti ilə Əməkdaşlıq Memorandumu imzalayıb

azmiu

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) alimlərindən ibarət nümayəndə heyəti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Almaniyalı qonaqlar əvvəlcə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev, Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının …

Read More »

Memarlıq və İnşaat Universiteti İbad Hüseynovla bağlı yanlışlığa CAVAB VERDİ

26754624_1774593629252018_1393511230_n

Sosial şəbəkələrdə Qarabağ müharibəsinin iştirakçısı, kəşfiyyat dəstəsinin keçmiş komandiri, “Azərbaycan bayrağı” ordenli İbad Hüseynovla bağlı növbəti qalmaqallı müzakirələr başlayıb. Müzakirələrə səbəb Memarlıq və İnşaat Universitetinin rektoru, keçmiş deputat Gülçöhrə Məmmədovanın imzası ilə İbad Hüseynova verilmiş vəsiqədə onun “Azərbaycanın Milli Qəhrəmanı” kimi təqdim olunmasıdır. AZEDUPRESS-in məlumatına görə, həmin vəsiqədən görünür ki, İbad Hüseynov universitetin “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin …

Read More »