A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Tag Archives: Azərbaycan Dövlət İqtisad Universiteti

UNEC-də “Məzun Günü” – Monpelye Universitetinin diplomları Azərbaycanda təqdim edildi

36522088_1970030653041647_6819411964347809792_n

UNEC-in “Məzun Günü” keçirilib. Özünəməxsus təhsil ənənələri ilə seçilən UNEC-in möhtəşəm “Məzun Günü” bir çox yeniliklərlə yadda qalıb. “İnter Arena” stadionunda keçirilən təntənəli mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri, UNEC-in fəxri məzunları və II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər iştirak edib. …

Read More »

UNEC beynəlxalq reytinqdə ölkə birincisidir

36276429_1963255590385820_5275388238096236544_n

UNEC beynəlxalq reytinqin nəticələrinə görə Azərbaycan universitetləri arasında ölkə birincisi olub. Webometrics reytinq agentliyinin iyun ayında açıqladığı “Google Akademik istinadlarına görə ən yaxşı universitetlər” (TRANSPARENT RANKING: Top Universities by Google Scholar Citations) reytinqində UNEC Azərbaycan universitetləri arasında lider olub. Reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 3614 istinad edilib. Azərbaycandan iki ali təhsil müəssisəsinin yer aldığı reytinqdə Bakı …

Read More »

Gürcüstandakı azərbaycanlılar UNEC-i seçir

35069596_1937674436277269_9090806299305705472_n

UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfər ediblər. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfərin məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində ali təhsil almasına dəstək vermək, həmvətənlərimizi ali təhsilə yönəltmək və abituriyentləri UNEC barədə məlumatlandırmaqdır. “Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, dosent Əli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Bolnisi və Dmanisi rayonlarının orta məktəblərinin yuxarı sinif …

Read More »

“Made in Azerbaijan-3” qalibləri Türkiyə texnoparklarının təcrübəsini öyrənirlər

34668395_1933231020054944_9180940465799692288_n

“Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin qalibləri və yarışın təşkilat komitəsinin üzvləri Türkiyənin aparıcı universitetlərində olublar. “Kapital Bank”ın maliyyə dəstəyi ilə baş tutan səfərin məqsədi Türkiyənin aparıcı universitetlərinin startap və texnopark təcrübəsini öyrənmək olub. UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev, İnnovativ Biznes İnkubatorun direktoru Mircavid Həsənov və qaliblər Eşqin Cəfərov, Elçin Süleymanov, Toğrul Mirzəyev İstanbul Texniki Universiteti (İTU) və Yıldız …

Read More »

UNEC Yunus Sosial Biznes Mərkəzi təqdim edir: “Sosial biznes və sahibkarlıq”

social biznes

UNEC-də “Sosial biznes və sahibkarlıq” proqramının final mərhələsi keçirilib. UNEC-in Yunus Sosial Biznes Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat fondunun (BAMF) sədri Umud Mirzəyev, “Kutvan Project Group”un təsisçisi Ali Kutvan, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Anar Rzayev “Sosial biznes və sahibkarlıq” proqramı barədə ətraflı məlumat verərək, bildirib ki, …

Read More »

UNEC-in yeni tədris korpusu barədə açıqlama

unec

UNEC-in Bakı şəhəri Murtuza Muxtarov küçəsi 194 ünvanında yerləşən 3 saylı tədris korpusunun yenidən inşası nəzərdə tutulur. Mətbuatda yayılan yanlış informasiyaları nəzərə alaraq bildirmək istəyirik ki, XIX əsrə aid olduğu və Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi iddia edilən bina 1932-1934-cü illərdə inşa olunub. Uzun illər ərzində isə binada dəfələrlə tikinti işləri aparılaraq, müxtəlif dəyişikliklər edilib, köməkçi binalar tikilib. UNEC-də həyata keçirilən …

Read More »

UNEC tələbəsindən şəkərli diabet və artıq çəkidən əziyyət çəkənlər üçün biznes ideya – “Made in Azerbaijan”

madeinaz photo

UNEC-də “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin final mərhələsi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkil etdiyi müsabiqənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ …

Read More »

Hacettepe Universitetinin rektoru: “UNEC-lə əməkdaşlığa xüsusi önəm veririk”

hacettepe photo

Azərbaycanda səfərdə olan Türkiyənin Hacettepe Universitetinin nümayəndə heyəti UNEC-də olub. Hacettepe Universitetinin rektoru, professor Haluk Özenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə UNEC-in rektoru, professor Ədalət Muradov iki universitet arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Görüşdə hər iki universitetdə təhsilin keyfiyyətinin artırılması yolları və çağdaş dünyada universitet təhsilinə dəyişən və artan tələblər istiqamətində fikir mübadiləsi aparılıb, dünya təhsil sisteminə inteqrasiya …

Read More »

Müəllim və tələbə debatı – UNEC tarixində ilk

unec debat

UNEC-də müəllim-tələbə formatında debat keçirilib. İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “İqtisadçı” tələbə elmi dərnəyinin təşkil etdiyi debat ilk dəfə olaraq müəllim və tələbələr arasında keçirilib. Debatda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Zeynəb Qiyasova və İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Həsən Süleymanovun təqdimatında ölkədə təhsilin inkişaf problemləri, onun sosial və iqtisadi tərəfləri haqqında araşdırmaların nəticələri müzakirəyə çıxarılıb. Debatda təhsilin …

Read More »