A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site

Tag Archives: ADU

Serbiya Prezidentinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib

adu

Mayın 22-də Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin açılışı, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimləri keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident Aleksandr Vuçiç Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ilə görüşüb. Görüşdə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Sonra Azərbaycan Dillər Universitetində Serbiya Dili və Mədəniyyəti …

Read More »

ADU-da I Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib

diller

Aprelin 9-da Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Açılış mərasimindən öncə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla …

Read More »

Kamal Abdulla Macarıstan səfiri ilə görüşüb

ADU_8467

Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb. Qonağı salamlayan rektor Kamal Abdulla Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, hər iki ölkənin ali təhsil müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb. Kamal Abdulla ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində macar dilinin tədris edildiyini bildirib, …

Read More »

ADU-nun rektoru Kamal Abdulla Rumıniya səfiri ilə görüşüb

adu 1-1

Fevralın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Rumıniyanın Babeş-Bolyay Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzinin açılması üçün göstərdiyi səylərə görə səfirə öz təşəkkürünü bildirən Kamal Abdulla bu fəaliyyəti çox yüksək qiymətləndirdiyini vurğulayıb. Rektor ümid etdiyini bildirib ki, cənab səfiri ADU-da tələbələr qarşısında …

Read More »

Kamal Abdulla: “Rusiya, Ukrayna, Belarus universitetləri ilə əlaqələrimizi bərpa edirik” – MÜSAHİBƏ

kamal-abdulla

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın APA-ya müsahibəsi – Bu günlərdə Rusiya, Ukrayna və Belarusun bir sıra universitetlərində görüşlər keçirmisiniz. Bu səfərin məqsədi haqqında danışmağınızı istərdik. – Mən və universitetimizin əməkdaşları üç universitetə – Kiyev, Minsk və Moskva linqvistik universitetlərinə dəvət olunduq. Bu universitetlər çox gözəl ənənələr və strateji istiqamətlər əsasında birləşmiş universitetlərdir. Hər biri öz ölkəsində xarici dillərin, …

Read More »

ADU ilə Kiyev Milli Linqvistik Universiteti arasında müqavilə imzalanıb

adu

Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti addım atıb. Dünyanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edən ADU yanvarın 30-da Ukraynanın Kiyev Milli Linqvistik Universiteti ilə də “Beynəlxalq əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında” müqavilə imzalayıb. İki nüfuzlu ali təhsil müəssisəsi arasında təhsil və elm sahələrində uzunmüddətli əməkdaşlığı, qabaqcıl təcrübənin tədris prosesində tətbiqini, akademik, elmi və mədəni əlaqələrin …

Read More »