A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
16865120_1435832733095480_4296896728590009355_n

Xaliq Rzayev: “Bu gün qida mühəndisinin real maaşı 1000 manatdan artıqdır”.

Son illərdə müasir texnologiyaların tətbiq edildiyi müəssisələrdə sənayeləşmiş üsulla un məmulatlarının istehsalı genişlənməkdədir. Ölkəmizdə yeni qurulan dəyirmanlar, çörək zavodları, makaron və un məmulatları istehsal edən müəssisələr getdikcə bazarda daha geniş yer tutur. Bu istehsalat sahələrində tətbiq olunan müasir texnologiyalar, istifadə olunan yeni avadanlıqlar isə mütəxəssislərdən müasir bilik və bacarıqlar tələb edir. Bəs görəsən bu cür müəssisələrdə hazırda kadr təminatı məsələsi nə yerdədir, nə cür mütəxəssislərə tələbat duyulur?

Şəmkirdə yerləşən “Nəfis çörək” zavodunun istehsalat departamentinin direktoru Xaliq Rzayev deyir ki, sektordakı bütün müəssisələrin xeyli sayda mütəxəssisə ehtiyacı var, bir şərtlə ki, onlar müasir istehsalatın tələblərinə cavab versinlər:

“Ən ciddi çətinlik kadr tapmaqla bağlıdır. Söhbət ixtisaslı qida mühəndisindən gedir. Belələrini tapa bilmədiyimizdən qismən uyğun gələn kadrları seçirik. Sonra onları müəyyən təlim kurlsarına, peşəkar mütəxəssislərin olduğu istehsalat müəssisələrinə təcrübələrə göndərərək hazırlamalı, yetişdirməli oluruq. Təəssüflə qeyd edirəm ki, bəzən hətta sırf bu ixtisas üzrə ali təhsil almış şəxslərin də hazırlığı qane etmir. Onlar gedib başqa sahələrdə işləyirlər. Baxmayaraq ki, qida sənayesində kifayət qədər iş və yaxşı maaş təklifi var. İnanın ki, bu gün qida mühəndisinin real maaşı 1000 manatın üzərindədir. Söhbət bəlli istehsal gücü olan böyük müəssisələrdən gedir. Ancaq gənclərin maraq göstərməməsi bu sahədə kadr defisiti yaradır. Çoxları kənardan kadr gətirməli olur. Biz də zavodun ilk fəaliyyətə başladığı zaman türk, alman və holland mütəxəssis cəlb etmişdik. Amma tezliklə işi mənimsəyərək onlardan asılılığı aradan qaldırdıq. Əslində prosesin lap əvvəlindən işə bu cür başlanmalıdır. Axı burda çətin nə var ki, yerli kadrlar bacarmasın? Sadəcə özünü yaxşı yetişdirmək, zamanında yaxşı oxumaq və təhsil müddətində istehsalata maksimum yaxın olmaq lazımdır. Müasir texnologiyalardan istifadə bacarıqlarını zamanında mənimsəmək lazımdır. Məzunların praktik vərdişləri yüksək olmalıdır. Bunun üçün hətta lazım gəlsə bəzi dərslər elə zavodlarda keçilməlidir. Yerli kadrlarımız layiqincə yetişməlidir ki, biz də xarici mütəxəssislərə möhtac qalmayaq. Niyə biz yüksək maaşı hansısa xarici ölkə vətəndaşına verməliyik? Qoy gənclər, tələbələr inamlı olsunlar, onları ruhdan salan söz-söhbətlərə inanmasınlar. Mən bu sektorda çalışan, vəzifə tutan biri kimi deyirəm: Həqiqətən də peşəsini bilən mütəxəssisə iş də var, vəzifə də var, yaxşı maaş da var. Buyurun gəlin, gənclər!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>