A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
17021655_1460927860646098_780094725686874366_n

Ukrayna Təhsil nazirinin müavini Bakı Slavyan Universitetində

Bu gün Ukrayna Respublikasının təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunes, nazirliyin beynəlxalq əməkdaşlıq və Avropa inteqrasiya idarəsinin idarə rəisi Anna Novosad, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişşenko və Ukraynadan gəlmiş digər qonaqlar Bakı Slavyan Universitetində (BSU) olmuşlar. Qonaqları universitetin rektoru, professor Nurlana Əliyeva qəbul etmiş, BSU-nun Ukraynanın ali təhsil müəssisələri ilə əlaqələrinin tarixindən, bugünkü vəziyyətindən danışmışdır. O, çıxışında BSU-da hazırda 11 ölkəyə aid tədris və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini bildirib. N.Əliyeva Ukrayna Tədris və Mədəniyyət Mərkəzinin həmin mərkəzlər arasında birinci yaradıldığını və bu gün ən fəal mərkəz olduğunu qeyd edib. Rektor daha sonra 44 tələbənin BSU-da Ukrayna dilini öyrəndiyini qonaqların diqqətinə çatdırıb. O, münasibətlərin qarışılıqlı əməkdaşlıq prinsiplərinə əsaslandığını da qeyd edib: “Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində, Taras Şevçenko adına Kiyev Milli Linqivistik Universitetdə də Azərbaycan mərkəzləri fəaliyyət göstərir. Tez –tez universitetlər arasında telekörpü keçirilir, təcrübə mübadiləsi aparılır”.

N.Əliyeva Ukraynanın rəsmi şəxslərinin müxtəlif dövrlərdə universitetə baş çəkməsinin, tələbə-müəllim heyəti ilə görüşlər keçirmələrinin tədris prosesinə müsbət təsir etdiyini, ölkələrimiz arasındakı əlaqələrin inkişafında önəmli rol oynadığını deyib. O, buna nümunə olaraq bu günlərdə Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunan tədbiri qeyd edib. Bildirib ki, tədbirdə Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası qrupunun sədri Maksim Kuryaçinin və digər deputatların iştirakı Ukrayna dövlətinin Azərbaycana xüsusi diqqətinin bariz nümunəsi sayıla bilər. Rektor bu münasibətlərin gələcəkdə daha da genişlənmısi üçün universitetin üzərinə düşən vəzifələrə də toxunub.

Ukrayna Respublikasının təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunes öz ölkəsində təhsil sahəsində gedən islahatlardan, Azərbaycanla elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə nəzərdə tutulan planlardan danışıb. O, Ukrayna ilə Azərbaycan arasında tələbə mübadiləsi, müəllim-professor heyətinin uzunmüddətli ezamiyyətləri məsələsinə də toxunub.

BSU-nun prorektoru, professor Rafiq Novruzov BSU ilə Ukraynanın ali məktəbləri arasındakı birgə layihələr barədə məlumat verib.
Görüşün sonunda qonağa BSU-nun 70 illik yubileyinə həsr edilmiş kitab və digər milli hədiyyələr verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>