A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
_DSC0614

Əfqanıstan universitetinin nümayəndələri BANM-də

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Ali Məktəbin bir sıra professor-müəllim heyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) orta-ixtisas proqramları üzrə rəhbəri Həsən Aslami ilə görüş keçirib. Görüşdə BANM və Kabul Politexnik Universiteti arasında əməkdaşlıq yaradılması məsələləri müzakirə olunub. Tədbirdə ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dosenti Fuad Hacıyev, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və BANM-in Elektron tədris şöbəsinin rəisi Şərif Xurşuduv iştirak ediblər.

 

Görüşü çıxış sözü ilə açan rektor Elmar Qasımov BANM-in ölkəmizdə öndə gedən ali təhsil ocağı olduğunu dedi. O qeyd etdi ki, bu Ali Məktəbdə qəbul imtahanlarında ən yüksək nəticələr göstərmiş tələbələr təhsil alır. “BANM ölkəmizdə texniki profilli yeganə təhsil ocağıdır ki, burada bütün fənlər  azərbaycanlı müəllim və professorlar tərəfindən ingilis dilində tədris edilir” – deyə E.Qasımov bildirdi.

 

Rektor rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, dünyanın bir çox ölkələrində neft-qaz sektorunda fəaliyyət göstərən beynəlxalq şirkətlər və ən nüfuzlu universitetləri ilə hərtərəfli əməkdaşlıq, BANM-in professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurlarından söz açdı. O qeyd etdi ki, BANM-in təhsil proqramı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin bakalavriat proqramları əsasında yaradılıb.

 

BANM və Kabul Politexnik Universiteti ilə tərəfdaşlığın inkişafından danışaraq Elmar Qasımov bildirdi ki, Əfqanıstan universitetləri ilə Azərbaycanın müvafiq ali məktəbi arasında əlaqələrin qurulması hər iki ölkənin maraqlarına cavab verir. Rektor qeyd etdi ki, bu əlaqələrin hər iki tərəf üçün perspektiv imkanları barədə  Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlili ilə BANM-də keçirilmiş görüş zamanı da müzakirələr aparılmışdır.

 

Rektor Elmar Qasımov qonaqları əfqan gənclərinin Ali Məktəbdə təhsil almaq imkanları barədə məlumatlandırdı. O bildirdi ki, yeni kampusda uğurlu təhsil və rahat yaşayış və tələbələrin fəal istirahəti üçün hər cür şərait yaradılıb. Burada həmçinin qısamüddətli təhsil kursları və Bakıda fəaliyyət göstərən böyük neft-qaz şirkətlərində təcrübə keçmək imkanı təşkil edilib.

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin orta-ixtisas proqramları üzrə rəhbəri Həsən Aslami qeyd etdi ki, BANM-in zəngin təcrübəsi, burada tədris prosesinin təşkili və milli mütəxəssislər və ekspertlərin köməyi ilə neft-qaz sənayesi üçün yüksək səviyyəli mühəndislərin hazırlanması Kabul Politexnik Universiteti və digər Əfqan ali texniki məktəbləri üçün faydalı nümunə ola bilər. O bildirdi ki, işlərin tezliklə gerçəkləşməsi üçün BANM-in təkliflərini Əfqanıstan Ali Təhsil Nazirliyi ilə müzakirə etmək niyyətindədir. “BANM-in qısa müddətdə əldə etdiyi nəailiyyətlər bizi heyrətləndirdi və Ali Məktəblə sıx əlaqələr qurmaqda olduqca maraqlıyıq”, – deyə Həsən Aslami bildirdi.

 

Görüşdə, eyni zamanda, BANM və Kabul Politexnik Universiteti arasında gələcək əməkdaşlıq və konkret addımlar haqqında müzakirələr aparıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>