A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
77

Tibb Universitetində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndə heyəti ilə görüş keçirildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndə heyəti ilə görüş keçirildi.

Görüşü ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Nadir Zeynalov açaraq universitetin beynəlxalq qurumlarla əməkdaşlığı barədə məlumat verdi. Sonra elmi işlər üzrə prorektor dosent Rauf Bəylərov ATU-da aparılan elmi tədqiqatlar barədə danışdı, bu işlərin bir qisminin beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirildiyini vurğuladı.

Tədris Cərrahiyyə Klinikasının direktoru professor Surxay Hadıyev Azərbaycan Tibb Universitetinin klinik bazaları haqda məlumat verərək, elmi işlərin müalicə və tədris işləri ilə paralel aparılmasına auditoriyanın diqqətini cəlb etdi, elmi araşdırmaların aparılması üçün lazımi şəraitin olmasıni bildirdi.

II uşaq xəstəlikləri kafedrasının assistenti Sevinc Muxtarova JICA təşkilatının qrantı hesabına Yaponiyada 20 günlük treninq-seminarda iştirak etdiyini dedi və təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdü.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Özbəkistanda yerləşən regional mərkəzinin müdiri Fuşimi Katsutoşi təşkilatın tarixi, Yaponiya hökumətinə aidiyyəti, qrant layihələrinin ayrılması prinsipi və müxtəlif dövlətlərin hökumətləri ilə əlaqələri barədə ətraflı məlumat verdi, bu qrant layihələrində Azərbaycanın da iştirak etdiyini bildirdi.

Tədbirin sonunda Dr. Sevinc Muxtarovanın layihəsi üçün nəzərdə tutulmuş avadanlıq – yenidoğulmuşlar üçün portativ RAD-5 puls-oksimetri və EMMA kapnoqrafı təqdim olundu.

Tədbirdə JICA təşkilatının Özbəkistan üzrə koordinatoru Farhod Kurbonov və Azərbaycan üzrə koordinatoru Nigar İsmayılova, həmçinin II uşaq xəstəlikləri kafedrasının və ATU Cərrahi Klinikasının neonatal xidmətinin əməkdaşları iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>