A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
download-440x270

”Əgər universitetlərin özləri maliyyələşməyibsə, hansısa ali təhsil müəssisəsinin paytaxtdan köçürülməsindən söhbət gedə bilməz”

“Əgər universitetlərin özləri maliyyələşməyibsə, hansısa ali təhsil müəssisəsinin paytaxtdan köçürülməsindən söhbət gedə bilməz”  – bunu açıqlamasında təhsil eksperti İlham Əhmədov deyib.
Universitetlərin paytaxtdan kənara köçürülməsi layihəsi bir müddət öncə gündəmdə olsa da, hazırda bu istiqamətdə hər hansı ciddi işlərin getdiyini demək olmaz. Amma paytaxtdakı sıxlığın əsas mənbələrindən biri də məhz ali təhsil müəssisələrinin şəhərdə çoxluq təşkil eləməsidir. Hətta ali təhsil müəssiələrinin paytaxtdan kənara köçürülməsi məsələsi 2011-ci ildə qəbul edilmiş “Böyük Bakının Regional İnkişaf Planı”nda öz əksini tapıb.
Ali təhsil  müəssisələrinin paytaxtdan kənara köçürülməməsinin səbəbi nədir? Təhsil Nazirliyi bu məsələnin üzərində niyə ciddi şəkildə dayanmır?
Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehovun, şəhərsalma məsələləri üzrə ekspert, inşaat mühəndisi Rahab Qazıyevin və təhsil eksperti İlham Əhmədovun fikirlərini öyrəndik.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov açıqlamasında ali təhsil müəssisələrinin  paytaxtdan kənara köçürülməsi mövzusunun geniş şəkildə müzakirə olunmadığını deyib: “Bu tək bir nazirliyin, qurumun səlahiyyətləri çərçivəsində həll olunan məsələ deyil. Elə bu səbəbdən də köçürülmə məsələsi açıq qalıb. Amma çox ümid edirik ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq”.
Təhsil eksperti İlham Əhmədov isə hesab edir ki, köçürülmənin baş verməməsinin səbəbi maliyyə problemi ilə əlaqədardır: “Universitetlərin paytaxtdan kənara köçürülüb, kampus halında bir məkanda yerləşdirilməsi üçün ilk növbədə böyük bir infrastruktur layihə hazırlanmalıdır. 7, 8 tədris binası, laboratoriyalar, istirahət mərkəzləri, futbol meydançaları, tələbələr üçün yataqxanalar və s. bir sözlə yeni bir şəhərciyin təməli qoyulmalıdır. Bunu da yaradıb, ərsəyə gətirmək üçün çox böyük miqdarda maliyyə vəsaiti tələb olunur. Bu kimi söhbətlərin 5 ildir davam etməsinə baxmayaraq, öncə universitetlərin maliyyə problemləri həll edilməlidir. Daha sonra isə köçürülmə məsələsi yenidən gündəmə gəlməlidir”.
Ekspert qeyd edib ki, Azərbaycan ali məktəblərinin inkişaf göstəricisi dünya təhsil sisteminin ancaq 20 faizlik inkişafına yaxınlaşır: Demək olar ki, universitetlərimiz çoxunun maliyyə problemi dünya universitetləri ilə müqayisə də onları yalnız 20%-lik inkişafına bərabər səviyyədə ola bilər.
Ekspert hesab edib ki, elektron, distant təhsil, boloniya təhsil sisteminin Azərbaycanda inkişaf etməsinin əsas amillərindən biri universitetlərin yüksək səviyyədə maliyyələşməməsi ilə bağlıdır: “Dünyada təhsil sistemi yüksək səviyyədə inkişaf edir. Amma bizim ali məktəblərimizdəki inkişaf bu ümumi göstəricinin heç 20 faizini təşkil etmir. Əgər bizim universitetlərimizə çox cüzi miqdarda vəsait ayrılırsa, o zaman ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi üçün külli miqdarda pul vəsaitinin ayrılmasını rasional hesab etmirəm. Əvvəlcə universitetləri universitet etmək lazımdır, 25 il ərzində yığılıb üst-üstə qalan bu problemlər həll olunmalıdır, müəllimlərin maaşları artırılmalıdır, maddi texniki baza, metodik təminat yüksək səviyyəyə çatdırılmalıdır. Bundan sonra biz köçürülmə məsələsindən söz aça bilərik. Əgər bu problemlər olmasaydı, universitetlərimiz daha yaxşı inkişaf edərdi və 50 universitetimizdən biri dünyanın 500 ən yaxşı universitetləri reytinqinə düşərdi”.
Şəhərsalma məsələləri üzrə ekspert, tanınmış inşaat mühəndisi Rahab Qazıyev açıqlamasında qeyd edib ki, bu məsələ haqqında layihə irəli sürülüb və Nazirlər Kabinetinə təqdim olunub: “Yəni Nazirlər Kabineti nə vaxt bu haqda qərar verərsə, o zaman işlərə başlanıla bilər. Bu çox asanlıqla başa gələn iş deyil, yəni 1-2 ilə reallaşacaq layihə deyil. Bunun üçün yetəri qədər zaman lazımdır. Universitetlər köçürüləcək, amma tarixi binalara məxsus olan heç bir təhsil müəssisəsinin binası paytaxtda sökülməyəcək. Onlar dövlət idarələri, qurumlar, komitələrinin binası kimi istifadə olunacaq”.
ann.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>