A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
96489

Tələbələr arasında “Gənc bankirlər” seçildi

Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkil etdiyi “Gənc Bankir Məktəbi” layihəsinin final mərhələsi keçirilib.

İki aydan çox davam edən layihədə iştirakçı tələbələrə bank sisteminin müxtəlif istiqamətləri üzrə təlimlər keçirilib. İştirakçılar komandalara bölünərək onlara təqdim olunan ölkələrin bank sistemlərini tədqiq edib, final uğrunda mübarizə aparıblar. Finala vəsiqə qazanan 6 komanda hazırladıqları elmi-tədqiqat işlərini münsiflər heyətinə təqdim ediblər.

Gərgin keçən mübarizənin sonunda münsiflər heyətinin qərarı ilə “İnvictum” komandası layihənin qalibi olub. Qalib komandanın üzvləri layihənin tərəfdaşı olan “Amrahbank”da təcrübə proqramında iştirak edəcək.

Sonda bütün layihə iştirakçıları sertifikatla təltif olunublar.

“Gənc Bankir Məktəbi” layihəsi “Amrahbank”ın tərəfdaşlığı və “Reduco” Təhsil Mərkəzinin sponsorluğu ilə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>