A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
63342

Müəllimlərə Yeni il qadağasına aydınlıq gətirildi

Paytaxt məktəblərində müəllimlərə qoyulan qadağaya Təhsil Nazirliyindən rəsmi açıqlama gəldi.

Qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun AZEDUPRESS-ə verdiyi məlumata görə, belə bir qadağa ümumiyyətlə qüvvədə deyil.

“Bu barədə məktəblərə xəbərdarlıq olunmayıb. Ümumiyyətlə, belə fikirlərin nazirlik adından səsləndirilməsini başa düşmürəm. Biz müəllimlərə deyə bilmərik ki şagirdlərlə birgə restoranda bayram keçirməyin, bu barədə heç bir məktəbə göstəriş verilməyib”.


Cəsarət Valehov – TN-in mətbuat xidmətinin rəhbəri

Yayılan məlumatlara görə Təhsil Nazirliyi müəllimlərin Yeni il bayramı və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı restoranlarda təşkil edilən bayram şənliyində iştirakına qadağa qoyub.

Belə ki, paytaxtın bir çox məktəblərinin şagirdləri yeni ili qeyd etmək üçün əvvəlcədən restoranlarda bayram şənliyi təşkil etmək üçün razılaşıblar. Amma şagirdlərlə birgə müəllimlərin həmin tədbirə qatılmasına nazirlik məhdudiyyət tətbiq edib. Buna görə də bəzi müəllimlər mərasimlərə qatılmaqdan son anda imtina ediblər.

Qeyri-rəsmi qadağaya əməl etməyən müəllimlərin cəzalandırılacağı da vurğulanıb. Nazirliyin qadağasını müəllimlərə, sinif rəhbələrinə çatdıran direktorlar məktəbin adının qadağaya əməl etməyənlər sıyahısına düşməməsi üçün ciddi tapşırıqlar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>