A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
_DSC5977-1

BANM-da layihə iştirakçıları mükafatlandırıldı

 

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilmiş “Kvant fizikası gənc alimlərin təqdimatında” adlı layihənin bağlanış-mükafatlandırma mərasimi keçirildi. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Ümumi işlər üzrə prorektor Rəşad Həsənov, professor Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov fəxri qonaq qismində iştirak etdilər.

BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Ali Məktəbin tələbə və əməkdaşlarının bir sıra layihələrinin həyata keçirildiyini bildirdi. Rektor Elmar Qasımov Fondun fəaliyyətini çox yüksək qiymətləndirərək gənclərə göstərilən dəstəyə görə təşəkkür etdi. Müxtəlif ideya və təşəbbüslərin həyata keçirilməsində gənclərə kömək göstərilməsinin dövlətimizin gənclər siyasətinin uğurla həyata keçirilməsinə xidmət etdiyini bildirdi. Rektor BANM-in əməkdaş və tələbələrinin 2016-cı ildə 8 layihəsinin Fondun müsabiqəsindən keçdiyini bildirdi. Elmar Qasımov bütün bu layihələrin icrasına Ali Məktəb tərəfindən yüksək səviyyədə dəstək verildiyini vurğuladı.

“Kvant fizikası gənc alimlərin təqdimatında” adlı layihənın rəhbəri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi və BANM HİK sədri Həbibə Sadıqlı sözügedən layihə haqqında məlumat verdi. O, bildirdi ki, gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə layihə 2016-cı ilin noyabr ayının 27-dən başlayaraq hər həftənin bazar günü olmaqla 5 həftə davam edib. Bütün təlimlər Bakı Ali Neft Məktəbində həyata keçirilib. Layihənin təşkilat komitəsi BANM-in tələbələrindən ibarət olub.

BANM-in professoru Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov layihə çərçivəsində təlimlərin yüksək səviyyədə təşkil olunduğunu və iştirakçılar tərəfindən maraqla qarşılandığını bildirdilər. Belə layihələrin davamlı olacağına inandıqlarını bildirdilər.

Sonda fəallığı ilə fərqlənən layihə iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırıldılar.

_DSC5746 _DSC5958 _DSC5974

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>