A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
a310e80ed65711ec930c682df8c3e410

Bu universitet tələbələri Azercell-in aylıq 200 manat təqaüdünü qazandı – TAM SİYAHI

Tələbə Təqaüd Proqramının qalibləri müəyyən edildi!

 

Azərbaycanın akademik potensialının yüksəlməsinə daim dəstək olan “Azercell Telekom” MMC-nin 1 oktyabr 2016-cı il tarixində elan etdiyi  Tələbə Təqaüd Proqramı üzrə son seçimlər başa çatmışdır.

 

Tələbə Təqaüd Proqramının mərhələli seçimləri nəticəsində 27 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülmüşdür. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Proqram qaliblərinin adlarını nəzərinizə çatdırırıq:

 

 

Adı, soyadı Universitet İxtisas
Abbasov Rafiq Azərbaycan Dövlət Iqtisad Universiteti Dünya İqtisadiyyatı
Dunay Xasaylı Bakı Dövlət Universiteti Hüquqşünaslıq
Ələkbərli Əli A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Hüquqşünaslıq
Əsədli Aynur ADA Universiteti Beynəlxalq elmləri
Əzimova Səbinə A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Kompyuter Elmləri
Günel Abdullayeva Bakı Dövlət Universiteti Hüquqşünaslıq
Həşimov Əzim Xəzər Universiteti Neft-Qaz Mühəndisliyi
İsgəndərov Sultan Gəncə Dövlət Universiteti Kimya-Biologiya müəllimliyi
Cəfərli Hikmət Qafqaz Universiteti Kompyuter Mühəndisliyi
Kərimov Rəsul Qafqaz Universiteti Kompyuter Mühəndisliyi
Məmməd Hacılı Qafqaz Universiteti Kompyuter Mühəndisliyi
Məlikzadə Zümrüd Gəncə Dövlət Universiteti Riyaziyyat-İnformatika
Muradova Kənarə Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və
xarici dillər
Mustafa Bünyamin Qafqaz Universiteti Maliyyə
Mustafayev Tərlan A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Menecment
Namazlı Məhəmməd ADNSU Neft-Qaz Mühəndisliyi
Qarayeva Aysel Bakı Dövlət Universiteti Hüquqşünaslıq
Qurbanlı Könül ADA Universiteti İT və sistem mühəndisliyi
Rzayeva İnci Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər
Səidzadə Asiman Bakı Ali Neft Məktəbi Neft-Qaz Mühəndisliyi
Şahin Xəlilov AzTU Kompüter mühəndisliyi
Şirəliyev Həsən A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Menecment
Şıxızadə Ələddin Qafqaz Universiteti Kompüter mühəndisliyi
Tacirə Cəfərova Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə
Tağısoy Rukiyyə A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Hüquqşünaslıq
Təhminə Əzimzadə AzMİU Memarlıq
Zülfüqarlı Nemət Gəncə Aqrar Universiteti Mühasibat Uçotu və audit

 

 

Əlavə olaraq, Tələbə Təqaüd Proqramı  üzrə 2016-cı ilin noyabr – dekabr aylarında təşkil olunan seçim turları haqda məlumatı təqdim edirik:

 

Birinci seçim mərhələsi (01 noyabr – 10 noyabr, 2016)

 

Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət idi. Həmin tarixlərdə Bakı və Bölgə Universitetlərində Azercellin İnsan Qaynaqları mütəxəssisləri tərəfindən təqdimatlar keçirilmişdir

 

İkinci seçim mərhələsi (14 noyabr – 27 Dekabr, 2016)

 

Bu mərhələdə iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı İngilis dili tapşırığı verilmişdir. Bundan əlavə tələbələr Azercellin İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak etmişdir. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilmişdir.

 

 

Tələbə Təqaüd Proqramının üzrə müraciət göndərən bütün tələbələrə minnətdarlığımızı bildiririk və Proqram qaliblərini təbrik edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>