A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15941457_986882838112446_7061173380288567021_n

Bakı Ali Neft Məktəbində ““Azapps tətbiqetmələri” layihəsi uğurla həyata keçirilir

Bakı Ali Neft Məktəbində “Azapps tətbiqetmələri” layihəsi uğurla həyata keçirilir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Bakı Ali Neft Məktəbində ““Azapps tətbiqetmələri” layihəsi uğurla həyata keçirilir. Layihənin rəhbəri, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Rəhim Rəhimli bildirir ki, layihənin əsas məqsədi gənclərin İnformasiya Texnologiyaları sahəsində biliyini artırmaq, android proqramlaşdırması sahəsinə olan marağı gücləndirmək və bundan əlavə olaraq İKT-nin müasir dövrümüzdəki geniş imkanlarını gənclərə çatdırmaqdan ibarətdir. Proqramlaşdırma və İKT sahəsinə marağın artırılması, milli Android tədbiqetmələrin sayının artırılması və məntiqi təfəkkürün inkişaf etdirilməsi layihənin əsas vəzifələri kimi müəyyənləşdirilmişdir. Layihə çərçivəsində 5 təlim-seminar sessiyası həyata keçiriləcək. Təlimlərdə iştirakçılar Android əməliyyat sistemində işləyən mobil telefonlar üçün öz tətbiqetmələrini yazmağı, komanda şəkilində işləməyi öyrənəcəklər və dəyərli proqramlaşdırılma təcrübəsi qazanacaqlar. Seminarları uğurla bitirən gənc proqramçılar smartfonlar üçün müxtəlif sahədə qısa zamanda proqramlar yaza biləcəklər. Bundan əlavə, təlimin sonunda iştirakçılar arasında yarışma keçiriləcək və ən uğurlu gənclər sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar. Artıq bir neçə layihə iştirakçısı komanda yaradıb proqramlaşdırma sahəsinə yeniliklər gətirmək fikrinə gəliblər və öz fəaliyyətlərini layihə bitdikdən sonra da davam etdirmək istəyini bildiriblər.

15965992_986883011445762_8229512889388616201_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>