A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
6

BANM-in tələbələri 8-ci qrant müsabiqəsi haqqında məlumatlandırıldılar

Bakı Ali Neft Məktəbinin tələbələri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsi haqqında ətraflı məlumatlandırıldılar. Tədbirdə Fondun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Vüsalə Niftəliyevaməlumatlandırıcı və maarifləndirici təqdimatla çıxış etdi. Təqdimatda tələbələrə Gənclər Fondu tərəfindən elan olunan 8-ci qrant müsabiqəsi, müsabiqənin məqsədi, prioritet istiqamətləri, əhatə  dairəsi və müsabiqədə 3kategoriya üzrə  layihələrin təqdim edilmə qaydaları və şərtləri haqqında geniş məlumat verildi. Təqdimatın sonunda Vüsalə Niftəliyeva tələbələri maraqlandıran sualları ətraflı cavablandırdı.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu  gənclər təşkilatlarını və 16-29 yaş həddində olan fiziki şəxsləri 8-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir.Müsabiqənin məqsədi gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsinə,  ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir. Müsabiqəyə layihə təkliflərin qəbulu 15 yanvar 2016-ci il tarixinə qədər davam edəcək. Daha ətraflı məlumatı Fondun rəsmi veb-səhifəsindən əldə etmək mümkündür:  http://youthfoundation.az/

12345

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>