A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
fatima_abdinli_060117

BANM-in Prezident təqaüdçüsü: “Kimya mühəndisliyi Azərbaycanda çox inkişaf edib”

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsi Fatimə Abdinli cavablandırır.

– Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.

– Mən Abdinli Fatimə Surxay qızı 1997-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəb illərində əla qiymətlərlə oxumuşam. Bu ilki qəbul imtahanında iştirak edərək Bakı Ali Neft Məktəbinə daxil olmuşam. İxtisasım kimya mühəndisliyidir.

– İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

– İmtahanlardan öncə qarşıma məqsəd qoymuşdum. Çünki həmişə Bakı Ali Neft Məktəbində təhsil almaq arzusunda olmuşam və məqsədimə çatmaq üçün bəzən asan olmasa da, çox çalışmışam.

– Nə qədər bal topladınız?

– 695 bal toplamışam.

– Niyə məhz BANM-i seçdiniz?

– Azərbaycanda nömrə bir olan Bakı Ali Neft Məktəbində təhsil yüksək səviyyədə olduğu üçün mən də məhz bu universiteti seçdim. Bu ali təhsil ocağına daxil olmaq mənim məqsədim idi.

– Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

– Ailəm mənə bütün verdiyim qərarlarda hər zaman dəstək olub və arxamda dayanıb. Buna görə də mən həmişə ailəmə minnətdaram.

– Ən böyük arzunuz nədir?

– Müxtəlif ölkələrə səyahət etmək, müxtəlif yerləri gəzmək, şəhərləri görmək, hər bir ölkənin maraqlı yerlərində olmaq ən böyük arzumdur.

– İxtisasınız haqqında nə demək istərdiniz?

– İxtisasım kimya mühəndisliyidir. Bu ixtisas Azərbaycanda çox inkişaf edib və mənim də bu sahəyə böyük marağım var. Gələcəkdə bu sahə üzrə yüksək ixtisaslı mütəxəssis olacağıma inanıram.

– Hobbiniz nədir?

– Dərsdən kənar vaxtlarımda velosiped sürmək və kitab oxumağı xoşlayıram.

– Başqa hansı maraqlarınız var?

– Futbol ilə maraqlanıram.

– Hansı janrda kitabları oxuyursunuz?

– Detektiv janrında olan kitabları oxumağı sevirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>