A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
FOTO-12-2

ADNSU-nun 71 müəlliminə əlavə maaş hesablanacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının 5 iyul 2016-cı il tarixində təsdiq etdiyi “ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat”a uyğun olaraq, universitetdə yaradılan müvafiq komissiyada əlavə maaşların hesablanması ilə bağlı təqdim olunan sənədlərə baxılıb.

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən AZEDUPRESS-ə verilnə məlumata görə, komisiyanın qərarına əsasən Geoloji-kəşfiyyat fakültəsindən (GKF) 6, Qaz-neft mədən fakültəsindən (QNMF) 7, Kimya-texnologiya fakültəsindən (KTF) 17, Neft-mexanika fakültəsindən (NMF) 9, Energetika fakültəsindən (EF) 3, İqtisadiyyat və Menecment fakültəsindən (İMF) 4, İnformasiya texnologiyaları və İdarəetmə fakültəsindən (İTİF) 17 və digərlərindən 8 nəfər olmaqla, ümumilikdə 71 nəfərin işi məlum kateqoriyalar üzrə qoyulan bal limitini keçərək əlavə əmək haqlarının artırılması üçün təqdim olunub.

Qərarla bağlı apelyasiyaya vermək istəyənlər fakültələr üzrə aşağıda göstərilən tarixdə 229-cu otağa müraciət edə bilərlər:

9 yanvar – İMF, EF

10 yanvar – GKF, QNMF

11 yanvar – KTF və digərləri

12 yanvar – NMF, İTİF

“ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat”la bağlı yekun iclas yanvarın 13-də saat 15:00-da ADNSU-nun rektoru Mustafa Babanlının iştirakı ilə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>