A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
4

ADU-da böyük səlahiyyətlərə malik İctimai Nəzarət Şurası – TANIŞ OLUN!

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 28 dekabr 2016-cı il tarixli qərarına əsasən universitetdə 13 nəfərdən ibarət İctimai Nəzarət Şurası yaradılıb. Qeyd edək ki, ali təhsil müəssisəsində ictimai iştirakçılığın daha da gücləndirilməsi, şəffaflığın artırılması, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin səmərəli təşkili məqsədilə yaradılan Şurada qeyri-hökumət təşkilatları və media nümayəndələri, eləcə də təhsil sahəsi üzrə ekspertlər təmsil olunur. Daha sonra ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Şura üzvləri ilə görüş keçirib. Görüş zamanı təşkilati məsələlərə baxılıb. “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev İctimai Nəzarət Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini, modern.az saytının rəhbəri Elşad Eyvazlı isə Şuranın katibi seçilib. Universitetdə aparılan islahatlar və tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan Ə.Abdullayev bu istiqamətdə bir sıra vacib qərarların qəbul olunduğunu, mühüm yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb. ADU-nun bütün kurslarında təhsil alan tələbələrlə, həmçinin professor-müəllim heyəti ilə çoxsaylı görüşlər keçirdiyini deyən Ə.Abdullayev bu görüşlərin qarşılıqlı müzakirə şəraitində keçdiyini, bir sıra maraqlı təkliflərin irəli sürüldüyünü sözlərinə əlavə edib. Ə.Abdullayev bildirib ki, İctimai Nəzarət Şurasının öz işini səmərəli təşkil etməsi üçün universitetin əsas binasında xüsusi otaq ayrılıb. O, Şura üzvlərinin imtahan sessiyasının gedişini izləməsi üçün hər cür şərait yaradılacağını vurğulayıb. İctimai Nəzarət Şurasının yaradılmasını yüksək qiymətləndirən Ə.Abdullayev universitetdə ədalətlilik prinsipinin qorunacağını vurğulayıb və bu istiqamətdə birgə əməkdaşlıqdan səmərəli nəticələr əldə olunacağına inandığını söyləyib. Görüş zamanı tələbələr arasında sorğular keçirilməsi, imtahan sessiyasının gedişində “qaynar xətt”in fəaliyyəti və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda İctimai Nəzarət Şurasının fəaliyyət planının hazırlanması ilə bağlı İşçi qrupunun yaradılması barədə qərar qəbul edilib.

Hörmətli tələbələr,
Nəzərinizə çatdırırıq ki sizi maraqlandıran məsələlərlə bağlı müraciət etmək istəyirsinizsə, Şura üzvlərinin əlaqə nömrələri və elektron poçt ünvanını diqqətinizə çatdırırıq:

1. Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü (ADU İctimai Nəzarət Şurasının sədri)
nuriyevalimammad@gmail.com
(050) 223 29 29

2. Nadir İsrafilov
Təhsil üzrə ekspert (ADU İctimai Nəzarət Şurasının sədr müavini)
nadir.israfilov.52@mail.ru
(050) 642 43 33

3. Vasif Mövsümov
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru (ADU İctimai Nəzarət Şurasının üzvü)
vasifmovsumov@mail.ru
(055) 662 07 62

4. Elşad Eyvazlı
modern.az saytının rəhbəri (ADU İctimai Nəzarət Şurasının katibi) elshadpjb@mail.ru
(050) 288 33 56

5. Bayram Hüseynzadə
“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru
huseynzada@edu.gov.az

6. Sənan Nəcəfov
qhtxeber.az saytının baş redaktoru
senannajafov@gmail.com
(050) 388 12 89

7. Zülfüqar Hüseynzadə
moderator.az saytının baş redaktoru
moderator_az@mail.ru
(051) 311 41 46

8. İlham Quliyev
“Kaspi” qəzetinin baş redaktoru
ilham-77@mail.ru
(055) 335 71 15

9. Etibar Əliyev
Təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri
el.etibar@gmail.com
(050) 370 82 28

10. Zöhrab Süleyman
“Azərbaycan Universitetləri” Feysbuk səhifəsinin rəhbəri zohrabsuleyman@gmail.com
(055) 250 51 05

11. Əhməd Abbasbəyli
Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri
ahmed.abbasbeyli@gmail.com
(070) 203 05 88

12. Hafiz Həsənov
Hüquq və İnkişaf İctimai Birliyinin sədri
himerkez@yahoo.com
(050) 611 74 43

13. Faiq Məmmədov
ADU Tələbə Gənclər Təşkilatının sədri
faikrmammadov@gmail.com
(050) 234 40 07

ADU-nun İnformasiya Departamenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>