A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1

BANM-ın tələbəsinin “Qarabağ İncisi” videoçarx müsabiqəsi layihəsi başa çatıb

Bakı Ali Neft Məktəbinin (BANM) “Kİmya mühəndisliyi” ixtisası üzrə V kursda təhsil alan tələbəsi Ruslan Hacıyevin “Qarabağ İncisi” videoçarx müsabiqəsi layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub və layihənin icrası uğurla başa çatıb.

Layihənin əsas məqsədi gənclərin Qarabağ mədəniyyətini öyrənməsi və bu istiqamətdə videoçarxlar hazırlayaraq daha çox gəncin maariflənməsinə şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr  peşəkar təlimçilərin dəstəyi ilə Qarabağın adət-ənənələri, tarixi abidələri, mədəniyyətini öyrənmiş, bu istiqametdə fikir mübadiləsi aparmişlar. İştirakçılar kamandalara ayrılıb və hər bir kamandaya Qarabağ mədəniyyətini əks etirən videoçarx hazırlaması üçün 1 həftə vaxt verilib. Layihənin sonunda bu videoçarxların izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib. Qalib komandanın üzvlərinə dəyərli hədiyyələr və fərqlənmə diplomu təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>