A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15824108_1455961564444014_257562821_o

AzTU-da ŞƏHİD Çingiz Qurbanovun anım guşəsi yaradılıb

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə zamanı Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu düşən hucumunun qarşısını alarkən itkin düşüb. Erməni tərəfi əvvəlcə cəsədin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb.

AzTU-da itkin şəhidimiz Çingiz Qurbanovun anım guşəsi yaradılıb.

Universitetin rektorlu, professor-müəllim heyyəti və tələbələri şəhidimiz Çingiz Qurbanovun ailəsinə, yaxınlarına və qohumlarına dərin hüzünlə baş sağlığı verir. Vətən sağ olsun!

Qeyd edək ki, təxribatın qarşısını alarkən qəhramancasına həlak olan və düşmən nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib.

15824528_1455961554444015_1821140881_o

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>