A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
FOTO-21-1

ADNSU-da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev yeni tədris ilinin ADNSU tələbələrinin həyatında çox əlamətdar olduğunu bildirib və çıxış üçün universitetin rektoru, professor Mustafa Babanlını kürsüyə dəvət edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tələbələri ürəkdən təbrik edib.  2016-ci ildə görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışan rektor, professor M.Babanlı yeni ildə tələbələrə uğurlar arzulayıb.

2016-cı ildə ADNSU-nun tələbələrinin bir sıra nailiyyətləri olduğunu qeyd edən rektor M.Babanlı ali məktəbin nümayəndələrinin iştirak etdikləri intellektual oyun, futbol və digər yarışmalarda fərqləndiklərini və uğur qazandıqlarını vurğulayıb. O 2017-ci ilin daha uğurlu olacağına ümidvar olduğunu qeyd edib.

Sonra rektor, professor M.Babanlı İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin tələbə həmkarlar komitəsinə  ilin həmkarlar komitəsi mükafatını təqdim edib. Tədbirdə həmçinin Rəsmi Azərbaycan Regional Şən və Hazırcavablar Klubunun liqasında birincilik qazanmış ADNSU-nun “Azneft” Şən və Hazırcavablar klubu üzvlərinə mükafatlar təqdim olunub.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra  ADNSU-nun “Gənclik” mahnı və rəqs  ansanblının, eləcə də tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə konsert proqramı baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>