A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15780813_1253385154754437_159660809941885559_n

Aqrar Universitetinin rektoru müəllim və tələbələrlə birgə bayramı qeyd etdi

ADAU-nun professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə Gəncədəki şadlıq saraylarından birində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il Bayramı qeyd edilib.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, şənlik Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, ölkəmiz və şəhərimiz haqqında video çarxlar göstərilib, viktorinalar təşkil edilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 2016-cı ildə əldə olunan uğurlardan, ölkənin kənd təsərrüfatının yüksəkixtisaslı mütəxəsisslərə olan ehtiyacının ödənilməsi sahəsində universitetdə görülə işlərdən danışıb və kollektivi bayram münasibəti ilə təbrik edib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Naqif Həmzəyev və digər qonaqlar təbriklərə qoşulub, kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il Bayramı münasibətilə təbrik edib.
Eyni tədbir Universitetin yeni istifadəyə verilən tələbə evinin həyətində də keçirilib. Tədris işləri üzrə prorektor Anar Hətəmov tələbələri bayram münasibətilə təbrik edib, qış imtahan sessiyasında onlara uğurlar arzulayıb. İstedadlı tələbələrin ifaları maraqla dinlənilib, çay və şirniyat süfrəsində əyləncəli oyunlar nümayiş etdirilib.

15622635_1253384861421133_7895464298312222477_n 15726585_1253384951421124_5801181005241725991_n 15780813_1253385154754437_159660809941885559_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>