A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
prezident_imza

Ali məktəblərin magistraturalarına qəbul üzrə yeni qayda müəyyən ediləcək – PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə tapşırılıb:

– Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

– Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

– Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmış təkliflər əsasında:

– “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin;

– həmin qanunun 26.4-cü maddəsinə uyğun olaraq, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin;

– həmin qanunun 26.6-cı maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəхslərin qəbulu qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin;

– mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

– bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>