A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15658595_1212119362228907_1818341884_o

Qərb Universitetinin tələbələri uşaq evini ziyarət etmişdir

Qərb Universitetinin tələbələri uşaq evini xeyriyyə məqsədi ilə ziyarət etmişdir

Qərb Universitetinin Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüsü davamlı və sosial cəhətdən məsuliyyətli mühitdə fəaliyyət üzrə öhdəliyimizi əks etdirir. Tələbələrin layiqli vətəndaş kimi yetişib cəmiyyətdə aparıcı rol oynaması universitet üçün çox böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdəki planları iqtisadi, ekoloji, sosial sahədəki hədəflərimizlə birgə davam etdiririk.

–  Şəhər təmizləmə kampaniyalarında fəal iştirak;

– Ətraf mühiti qorumaq məqsədilə ağacların əkilməsi və Xəzər dənizi ətrafının təmizlənməsi;

– Regionlarda iqtisadi inkişafa dəstək olmaq məqsədilə əhalinin bilik və sahibkarlıq bacarıqlarının artırılması;

–   Uşaq evlərini və qayğıya ehtiyac olanları ziyarət etmək.

Belə ki, 17 dekabr 2016-cı il tarixində Qərb Universitetinin tələbələri “Yeni ildə körpələri sevindirək” devizi ilə Zabratdakı 2 nömrəli uşaq nevroloji sanatoriyasındakı körpələri ziyarət edərək, onları müxtəlif hədiyyələrlə sevindirmişdir.

Artıq körpələr və qocalar evini ziyarət etmək Qərb Universitetinin tələbələri üçün adət halını almışdır. Son illər ərzində müxtəlif uşaq və qocalar evini ziyarət edən tələbələrimiz onları sevindirmək, bir günlük olsa da onların qayğısına qalmaq üçün əllərindən gələni əsirgəmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>