A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
2

Fransız-Azərbaycan Universiteti – UFAZ-a direktor təyin olundu

Dekabrın 14-də dosent Vazeh Əsgərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının təqdimatı, Təhsil Nazirliyinin razılığı ilə universitetin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə (UFAZ)  direktor təyin olunub. Bu gün Vazeh Əsgərov universitet rəhbərliyinin iştirakı ilə kollektivə təqdim olunub. UFAZ-ın direktorunu təqdim edən ADNSU rektoru, professor M.Babanlı onun təyinatının Strasburq Universiteti tərəfindən də təsdiqləndiyini qeyd edib.

V.Əsgərovun uzun illər ərzində Strasburq Universitetində təhsil aldığını və çalışdığını, bu səbəbdən fransız təhsil sisteminə yaxşı bələd olduğunu vurğulayan rektor M.Babanlı onun öz təcrübəsini UFAZ-da da tətbiq edəcəyini və universitetin statusunu daha da yüksəldəcəyinə inandığını bildirib.

Dosent Vazeh Əsgərov UFAZ-a direktor təyin olunması ilə bağlı ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və bu etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.

1 2 FOTO_2-2

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>