A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15380381_1319983854707324_5441820322442475707_n

AzMIU-nun kafedra müdiri vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzəri və İnşaat mexanikasının kafedra müdiri t.e.d., prof. Əliyev Knyaz Ələsgər oğlu vəfat edib.

Mərhumla bu gün günorta saatlarında Azərbaycan Memarlıq və İnşaat Universitetində vida mərasimi keçirilib.
Mərasimdə AzMİU-nun rektoru Gülçöhrə xanım Məmmədova, prorektorlar, kafedra müdirləri və müəllim heyyətləri iştirak edib. Həmçinin Qafqaz Universitetinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da çıxış edib. Çıxışlarda mərhum K.Əliyevin elmi fəaliyyəti haqqında da danışılıb.
Mexanika üzrə onun işlədiyi nəzəri metodlar maşınqayırmada, inşaatda, neft və qaz istehsalında istifadə olunan bəzi hissələrin müxtəlif variantlı yüklənmələrindən asılı olaraq gərginlik hallarının tədqiqində xüsusi yer tutur. Mötəbər elmi-texniki konfranslarda (Moskva, Sankt-Peterburq, Daşkənd və s.) onun məruzələri daim maraqla qarşılanmışdır.
Elmi-pedaqoji fəaliyyəti müddətində respublikamızda elmi-pedaqoji kadrların hazırlanmasında Knyaz müəllimin müstəsna rolu olmuşdur. O, 35 ildən çoxdur ki, AMİU-nun Nəzəri mexanika kafedrasına rəhbərlik edir. 100-dən artıq elmi məqalənin, dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 10-dək alim yetişmişdir.
Xatırladaq ki, K.Əliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olmuşdur. Allah Rəhmət Eləsin!

15285012_1319983861373990_812135317799594909_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>