A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
mue

Ölkədə ən yüksək bal toplayan müəllim: “Hələ “Əməkdar müəllim” adı almamışam” – MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi dekabrın 8-də Kürdəmir rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

Kürdəmir rayonundan coğrafiya müəllimi Xəyalə Veyisova maksimum – 60 bal toplayaraq ən yüksək nəticə göstərib.

 

– Neçə ildir müəllim kimi fəaliyyətdəsiniz?

– Artıq 13 ildir ki, müəllim işləyirəm. İlk dəfə 2003-cü ildə Dəyirmanlı kənd tam orta məktəbində çalışmışam. 2005-ci ildən etibarən isə Kürdəmir şəhər 2 nömrəli tam orta məktəbində çalışıram.

– 13 il müəllim fəaliyyəti üçün az müddət deyil. Bilmək istəyirdik ötən müddət ərzində şagirdlərinizdən uğur qazananlar, hansısa yarışmalarda, olimpiadalarda yüksək nəticə göstərənlər olubmu?

– Əlbəttə. Bunu saymaqla qurtarmaq olmaz. Mən dərs saatından əlavə olaraq repetitorluqla da məşğulam. Həm öz məktəbimizin müəllimlərin, həm də rayonun şagirdləri mənim yanıma hazırlığa gəlir. Mənim hazırlaşdırdığım şagirdlər arasında yüksək dövlət strukturlarında işləyənlər, vəzifə tutanlar var. Bunlar mənim uğurumdur.

– Dediniz ki, müəllimlər hazırlığa gəlir. Müəllim müəllimin yanına niyə hazırlığa gəlir ki?

– Mən həm də müəllimlərin işə qəbulu ilə məşğulam. Yəni müəllimləri işə qəbula hazırlayıram. Kurrikulum, məntiq, ixtisas fənlərindən onlara təlimlər keçirəm. Bir sözlə müəllimlərə də repetitorluq edirəm. Çünki mən özüm kurikulum və İKT-nin təhsilə tətbiqi üzrə təlimçi olmuşam.

-İmtahana girərkən ən yüksək nəticəni göstərəcəyinizi hədəfləmişdiniz, yoxsa sürpriz oldu sizə?

-Bu mənim məqsədim idi. Diaqnostik qiymətləndirmə keçiriləcək deyəndə, qarşıma məqsəd qoymuşdum ki, mən 60 bal toplamalıyam. Özümə inanırdım, amma hansısa sualda çətinlik çəkə biləcəyimi də istisna etmirdim. Məsələn, 59 bal toplasaydım, çox pis olardım. Deyirdim ki, balım 55 olsun, amma 59 olmasın. Özümü aşağı nəticəyə hazırlasam da, bununla razılaşa bilmirdim. Yüksək nəticəni əminliklə gözləsəm də, hansısa sualda səhv ehtimalını da düşünürdüm. Amma nəticə həm sürpriz, həm də gözlədiyim kimi oldu. Yəni nəticələr mənim arzularımla üst-üstə düşdü.

-Diaqnostik qiymətləndirmədəki sualların çətinlik səviyyəsi necə idi?

– Əsl imtahan idi. Saytda düşə biləcək suallarla bağlı nümunələr qoyurdular. Amma onlar o qədər də müəllimi düşündürən, çətin suallar deyildi. İmtahandakı suallar isə həm aşağı, həm orta, həm də yüksək səviyyədə idi.

– Kürdəmirdə kifayət qədər nailiyyət qazanmısınız. Bəs, Bakıdan iş təklifi  gələrsə, qəbul edərdinizmi?

– Əslində bir neçə dəfə təkliflər gəlib. Sadəcə, məni qane etməyib. Əgər qane edən təklif olarsa, təbii ki, gələrəm. Təklif məni maraqlandıran, kariyeramı inkişaf etdirməyə kömək olan məsələləri əhatə edərsə, paytaxta köçməyim mümkün olar.

– Gələcək üçün hədəfləriniz nədən ibarətdir? Yəni fəaliyyətinizi sırf müəllim kimi davam etdirmək istəyirsiniz, yoxsa daha yüksək mərtəbələrimi hədəfləmisiniz?

– Hədəflərim çoxdur. Çünki yaşım o qədər də çox deyil. Amma bu yaşıma qədər qazandıqlarımı qazanmışam. Hədəflərimdən biri də “əməkdar müəllim” adını almaqdır. İnşallah bu hədəfimə də çatacağıma inanıram. Amma istəyirəm ki, öz sahəmdə daha çox elmlə məşğul olum. Mən magistraturaya qəbul olunmuşam, amma əyani olduğuna görə davam etdirə bilməmişəm. Çünki həm işləmək, həm də oxumaq mümkün olmayıb. Ona görə təhsilimi davam etdirmək istəyirəm.

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>