A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15370078_1357059831012428_8915497211847901713_o

BDU-nun müəllimi Türkiyədə Konqresə qatılıb

Bakı Dövlət Universitetinin İnsan hüquqları və İnformasiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov Türkiyə Respublikasının Antalya şəhərində keçrilən Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konqresində iştirak edib. Konqresdə bütün turkdilli dövlətlərdən elm və təhsil adamları iştirak etməklə ümumilikdə 400 nəfərdən artıq nümayəndə təmsil olunub.
Daşqın Qənbərov Azərbaycan Respublikasında keçrilmiş sonuncu ümümxalq səsverməsində müzakirələrə təqdim olunmuş referendum aktının müddəalarını insan hüquqları kontekstində təhlil edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu dəyişikliklərin zamanın tələbi olmaqla Azərbaycan Respublikasının yeni bir inkişaf mərhələsinə qədəm qoyması ilə əlaqədar olduğunu bildirib.
Konqresin sonunda hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov “Türk Akademik Həyatına” vermiş olduğu dəyərli təkliflərinə görə UAESEB İdarə Heyəti tərəfindən xüsusi “Araşdırmaçı ödülü” ilə mükafatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>