A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14292555791479552047

Azərbaycan Dillər Universiteti və Bakı Slavyan universiteti birləşdirilsə…

Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin birləşdirilməsi məsələsi bir müddət əvvəl gündəmdə idi.  Universitetlərin birləşdirilməsi o səbəbdən səslənirdi ki, hər iki təhsil müəssisəsinin profili oxşardır. Həm də bir vaxtlar bu universitetlər birgə fəaliyyət göstərib.

Bəs bu gün adları çəkilən ali təhsil ocaqlarının yenidən birləşdirilməsi məsələsi aktual ola bilərmi?

O zaman adıçəkilən universitetlərin birləşdirilməsinin faydalı tərəfləri nə ola bilər?
Təhsil eksperti Şahlar Əsgərov  açıqlamasında deyib ki, belə bir təklifin səsləndirilməsindən öncə diqqət etmək lazımdır.

“Əvvəla, iki universitetin birləşdirilməsi  ölkə başçısı və nazirlik səviyyəsində olan məsələdir. Düzdür, Sovet dövründə təhsilin idarə edilməsində sistem tamam başqa cür qurulmuşdu. Bəlkə də zamanla bəzi universitetlərin ayrı-ayrı fəaliyyət göstərməsinə ehtiyac olduğundan bu universitetlər də  parçalandı. İndi isə bu universitetlərin birləşdirilməsindən danışarkən, öncə, konseptual baxımından fəlsəfəsinə baxmaq lazımdır”.

Şahlar Əsgərov, xüsusilə, hər iki ali təhsil ocağının birləşdirilməsinin faydalı tərəflərini izah edib.

”Böyük universitetlərin faydalı tərəfləri çoxdur. O baxımdan ki, iqtisadi səmərəliliyi yaxşıdır. Eyni zamanda, bakalavr, magistr pilləsində təhsil vermək olur. Magistr pilləsində bəzən elə olur ki, professor 5-10 magistr tələbəyə dərs keçir. Bu, qüsurlu  haldır. Əgər professor həqiqətən də elmi dərəcəsi yüksək səviyyədə olan professordursa, onun dediyi sözü 10 nəfər yox, 50 nəfər eşitsə yaxşıdır.  Bu, baxımdan biliyin ötürülməsi  səmərəliliyi artır. Biliyin səmərəliliyi artdığına görə hətta, xaricdən çox dəyərli alimləri dəvət edib onları auditoriya qarşısına çıxarmaq olar.  Bu baxımdan böyük universitetlərin üstünlüyü çoxdur. Dünyada elə universitetlər var ki 20.000, 50.000 tələbəsi var. Bunun da hərtərəfli üstünlükləri var”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>