A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15281977_1185109714929872_1101784653_n

Qərb Universiteti Fəlsəfə doktoru proqramı üzrə Doktorantura və Dissertanturaya qəbul elan edir

 

Qərb Universiteti 2016-ci il üçün Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya aşağıdakı istiqamətlər və ixtisaslar üzrə qəbul elan edir:

TEXNİKA ELMLƏRİ

– Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi – 3338.01

İQTİSAD ELMLƏRİ

– Daxili fiskal siyasət və dövlət maliyyəsi – 5301.01

– Dünya iqtisadiyyatı – 5310.01

– Sahə iqtisadiyyatı – 5312.01

FİLOLOGİYA ELMLƏRİ

– German dilləri – 5708.01

– Dünya ədəbiyyatı – 5718.01

SİYASİ ELMLƏR

– Beynəlxalq münasibətlər – 5901.01

SƏNƏTŞÜNASLIQ

– Texniki estetika və dizayn – 6217.01

Doktoranturaya və dissertanturaya qəbul qaydaları

Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti 4 ildir. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada təhsil müddəti 4 ildir.

Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

– ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

– kadrların şəxsi qeydiyyat vərəqəsi;

– tərcümeyi-hal;

– iş yerindən xasiyyətnamə;

– 3 ədəd fotoşəkil (3×4 ölçüdə);

– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və diploma əlavənin müvafiq qaydada tədiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

– şəxsiyyəti təsdiq edən sənədin surəti;

Sənədlər 2016-ci il 29 noyabrdan, 15 dekabra qədər qəbul edilir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 27

Tel: (+99412) 492 61 63; 492 74 18 (14)

Fax: (+994 12) 4926701

e-mail: administration@wu.edu.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>