A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15218202_1185345101573000_294081145_n

QƏRB UNİVERSİTETİNİN ƏNƏNƏVİ “SƏFİR SAATI” LAYİHƏSİ DAVAM EDİR

Qərb Universiteti tələbələrinə diplomatlarla birbaşa ünsiyyət yaratmaq, Azərbaycanın xarici əlaqələri və s. haqqında daha ətraflı məlumatlar əldə etmək imkanı yaratmaq məqsədi ilə “Səfir saatı” layihəsi çərçivəsində Azərbaycandakı səfliklərlə əməkdaşlıq edir. Bu layihə çərçivəsində 29 noyabr 2016-cı il tarixində Qərb Universitendə Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərimin və Azərbaycan Respublikasında BMT-nin Rezident əlaqələndiricisi cənab Qulam İshaqzainin “29 noyabr Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü” mövzusunda professor-müəllim və tələbə heyəti ilə görüşü təşkil olunmuşdur. Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim Fələstinin tarixi aspektlərinə nəzər saldı, dövlətinin xarici və daxili siyasətinin əsas xüsusiyyətlərindən danışdı. Beynəlxalq müstəvidə Azərbaycan və Fələstin dövlətlərinin qarşılıqlı münasibətlərindən söz açdı. Çıxışının sonunda səfir tələbələrin çoxsaylı suallarını cavablandırdı və bir sıra məsələləri şərh etdi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasında BMT-nin Rezident əlaqələndiricisi cənab Qulam İshaqzai Fələstin dövlətinin prezidenti Mahmud Abbasın Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü ilə əlaqədar bəyannaməsini tədbir iştirakçılarına çatdırdı. Və öz adından Fələstin xalqını bu bayram münasibətilə təbrik etdi. Tədbirin sonunda qonaqlar Qərb Universiteti ilə yaxından tanış oldu, yeni fəaliyyətə başlayan BMT Depozitariya Kitabxanası qonaqlarda xüsusi maraq doğurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>