A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
036560cb220b

Cəbhədə şəhid olan əsgərimiz İqtisad Universitetinin məzunu idi.

f036560cb220b

Cəbhənin Tərtər rayonu ərazisində düşmən gülləsindən şəhid olan müddətli hərbi qulluqçu Elşən Məmmədovun cənazəsi bu gün Gürcüstana aparılıb. Şəhid ailəsinə təhvil verilib. Şəhidin doğmaları, yaxınları, kənd camaatı onunla sonuncu dəfə vidalaşıblar. Cənazə namazı qılınıb.

Şəhidlə vidalaşmağa gələnlər arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri də olub.

Səfirliyin hərbi atteşesi Xəzər Abbasov bildirib ki, Elşənin qanı alınıb. Ermənilər çoxlu itki veriblər.

640 balla daxil olduğu İqtisad Universitetini keçən il bitirib, hərbi xidmətə yollanan Elşən Məmmədov cəmi 5 gündən sonra xidmətini başa vurub ordudan təxris olunmalı idi. Anası ilə telefon danışığı zamanı sonuncu dəfə döyüş növbətçiliyinə çıxacağını bildirən əsgər posta çıxdıqdan bir neçə dəqiqə sonra düşmən gülləsinə tuş gəlib.

Şəhid cənazə namazı qılındıqdan sonra torpağa tapşırılması üçün kənd qəbristanlığına aparılıb. Gürcüstanın Bolnisi rayonundan olan 23 yaşlı hərbçi doğulub böyüdüyü Zol Göyəc kəndində son mənzilə yola salınıb. Burada Elşən Məmmədov böyük bir izdihamın iştirakı ilə dəfn olunub.

Xatırladaq ki, son 2 gün ərzində Milli ordumuz 4 şəhid verib.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>