A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15209273_1069859206458936_1120566772_n

EBSCO xidmətlərindən istifadə: BANM və Heriot-Vatt Universiteti nümunəsində

 

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb və Heriot-Vatt Universitetinin nümunəsində EBSCO Discovery xidmətlərinin (EDS) resurslarından istifadə ilə bağlı informasiya bacarıqlarının inkişafına yönəlmiş təlim keçirilib. Müəllim və yuxarı kurs tələbələri üçün keçirilən təlimi EBSCO Information Service (Praqa, Çexiya Respublikası) şirkətinin MDB üzrə regional meneceri İrina Kreysarova və şirkətin Rusiya və MDB ölkələrində təlimlər üzrə mütəxəssisi Tamila Mirkamalova keçiblər.

Təlim çərçivəsində EDS bazasında BANM və Heriot-Vatt Universitetinin tammətnli elektron resurslarından elmi-tədqiqat və tədris proseslərində istifadə üzrə praktik məşqlər keçirilib. Dinləyicilərə, həmçinin BANM-in EBSCO Discovery Xidməti vasitəsi ilə ictimaiyyətə açıq olan 3.400-dən artıq elektron kitabından ibarət yeni kitabxana kolleksiyası təqdim edilib.

EBSCO Information Service şirkətinin BANM ilə uğurlu əməkdaşlığından bəhs edən İrina Kreysarova deyib ki, “BANM-in kitabxanasını fərqləndirən cəhət burada innovasiya texnologiyalarından fəal istifadə olunmasıdır, Ali Məktəbin əməkdaşları isə akademik biliklərin müasir elektron formatda gənclərə necə çatdırılmalı olduğunu gözəl başa düşürlər. Eyni zamanda, məmnuniyyətlə qeyd etmək istərdim ki, Ali Məktəbin təcrübəli müəllimləri yeni biliklərin öyrənilməsində maraqlıdırlar və ən qabaqcıl metodikaları öyrənməyə hazırdırlar.  Etiraf edim ki, heç də hər zaman akademik mühitdə bu dərəcədə maraq göstərən və diqqətli auditoriyayaya rast gəlmək olmur”.

EBSCO Information Services şirkəti EBSCO Industries Inc. bölməsi olub kitabxanalar üçün elektron resurslar təchiz edən aparıcı şirkətdir. EBSCO Discovery Service şirkətinin məhsulu dünyanın 8.600-dən artıq universitetində elmi-tədqiqat məqsədləri ilə istifadə olunur. BANM-də bu sistem 2015-ci ildən tətbiq olunur və Ali Məktəbin internet səhifəsi vasitəsi ilə istifadə oluna bilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>