A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15086802_1068330499945140_1701126392_n

BANM-in aliminin məqaləsi ABŞ-ın elmi jurnalında

Bakı Ali Neft Məktəbinin (BANM) Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri və “Kimya mühəndisliyi” kafedrasının baş müəllimi Sənan Eminovun “Biokütlədən bioyanacaqların alınması” mövzusunda “The Highly Selective and Near-Quantitative Conversion of Glucose to 5-Hydroxymethylfurfural Using Ionic Liquids” adlı məqaləsi ABŞ-ın “PLoS ONE” adlı jurnalında dərc edilib. Bu, Sənan Eminovun Thomson Reuters jurnalları siyahısına daxil olan elmi nəşrdə çap olunan sayca 3-cü elmi məqaləsidir. İndiyədək onun beynəlxalq konfransların elmi məqalələr toplusunda 6 elmi tezisi də çap olunub.

Qeyd edək ki, “PLoS ONE” jurnalı yüksək impact factor-la (2015-ci ildə jurnalın impact factor-u 3,54 olmuşdur) Thomson Reuters jurnalları siyahısına daxildir və kimya sahəsində dünyanın ən nüfuzlu jurnallarından biridir. Jurnala giriş sərbəstdir (open access), məqalələrini ödənişsiz əldə etmək mümkündür. “PLoS ONE” jurnalı, eyni zamanda dünyanın ən çox məqalə dərc olunan jurnalı olmağı bacarmışdır. Belə ki, jurnalda il ərzində 30000 məqalə və ya gündə 85 məqalə çap olunur.

(Məqalə ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:  http://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0163835)

15135523_1068330706611786_170342489_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>