A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15178186_1672175503072966_943184568909363172_n

BDU-da ilk dəfə olaraq ən gözəl qız və ən yaraşıqlı oğlanın seçildiyi ‘Mister and Miss‘ yarışması keçirilib

Azərbaycan Universitetləri arasında öz nüfuzu və yeniliyi sevməsi ilə seçilən Bakı Dövlət Universitetində növbəti çox maraqlı tədbir keçirilib. ‘Mister and Miss‘ başlığı altında keçirilən yarışmada Bakı Dövlət Universitetinin ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçilib. Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə keçirilən yarışmanı aparıcılar açıq elan edib. Finalın 3 mərhələdən ibarət olacağını deyən aparıcılar, həmçinin münsifləri və layihənin rəhbəri tamaşaçılara təqdim edərək, onlara təşəkkürünü bildirirb. Daha sonar tədbirin giriş sözü layihənin əsas dəstəkçisi olan BDU THİK sədri Daşqın Qənbərova verilib. Daşqın Qənbərov iştirakçıları, münsifləri və tamaşaçıları-tələbələri salamlayıb. Akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinə, xüsusən də tələbələrə göstərdiyi qayğı və sevgiyə diqqəti çəkən THİK sədri deyib ki, ‘universitetimizdə tələbələrin həm dərs, həm dərs sonrası zamanlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb. Universitet daxilində fəaliyyət göstərən idman kompleksi, rəqs etmək üçün olan kompleks, intellektual klublar və s. tələbələrin özünü göstərməsi üçün ən perspektivli yerlərdir.‘ Daşqın Qənbərov tələbələri ictimai həyatda fəal olmağa çağıraraq qeyd edib ki, ‘Özünüzü ifadə edin ki, sizi tanısınlar‘. Yarışma haqqında da tamaşaçıları məlumatlandıraraq, bunun universitetlər arasında ilk olduğunu deyən THİK sədri, münsiflərə təşəkkür edib və tamaşaçıları yarışmadan zövq almağa çağırıb. Daha sonra söz layihə rəhbəri Tural Səfərova verilib. O da layihənin baş tutmasında göstərdikləri köməyə görə, rektor Abel Məhərrəmova, BDU THİK-nə və sədr Daşqın Qənbərova təşəkkürünü bildirərək, yarışma finalının ilk mərhələsinə start verib. ‘Streetstyle‘ adlanan ilk mərhələdə iştirakçılar küçə geyimlərini nümayiş etdiriblər. Podiumda həm sevincli, həm həyəcanlı olduqları görünən iştirakçılar bir-birindən maraqlı geyimləri ilə hər kəsi heyran edilər. Daha sonar söz münsiflərə verilib. Münsiflər də çoxdan hazırlaşdıqları layihənin baş tutmasına sevindiklərini və hətta kövrəldiklərini deyib. Həmçinin onlara göstərdiklərə köməyə görə kadr arxası insanlara, dizayner və stilistlərə də təşəkkür ediblər. Sonrasında finalın 2-ci mərhələsi başlayıb. Bu mərhələ daha həyəcanlı və daha maraqlı keçib. İştirakçıları finala 1 addım da yaxınlaşdıran bu mərhələdə onlar öz bacarıqlarını göstəriblər. İfa etdikləri musiqi, rəqs, səhnəcik tamaşaçılar tərəfindən böyük maraqla və alqışla qarşılanıb. 3-cü mərhələdə isə iştirakçılar kokteyl geyimlərini, yəni mərasim geyimlərini nümyiş etdiriblər və öz görünüşləri ilə hər kəsi məftun ediblər. Nəhayət final anı gəldikdə, münsiflər səs vermək üçün məsləhətləşiblər və Miss BDU 3-cü yer, Mister BDU 3-cü yer, Miss BDU 2-ci yer, Mister BDU 2-ci hər kəsə təqdim edilib. Qaliblərin təqdim edilməsi isə daha həyəcanlı olsun deyə sona saxlanılıb. Sonda isə Miss BDU 1-ci yer və Mister BDU 1-ci yer təltif edilib.

15109468_1672175823072934_2385390821301260772_n 15170977_1672175699739613_7076961618667488177_n 15178186_1672175503072966_943184568909363172_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>