A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
15087055_695254320629126_649256212_n

Jurnalistlər arasında məqalə müsabiqəsi başlayır – Yüksək mükafatla

Bu il Azərbaycan bərpa etdiyi müstəqilliyin 25-ci ildönümünü qeyd edir. Azərbaycanın əldə etdiyi müstəqillik çox çətin başa gəlmiş olsa da, bu müstəqilliyi qoruyub saxlamağı, tarixin ən ağır sınaqlarına sinə gərməyi xalq məhz öz ulu öndəri, ümummilli lider Heydər Əliyevdən öyrənmişdir.

Dünya Türk Gənclər Birliyi İctimai Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyilə birlikdə təşkil etdiyi, müstəqilliyin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsi Azərbaycanın müstəqilliyinə və bu müstəqillikdə Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu haqqında yeni biliklərin əldə olunmasına xidmət göstərəcəkdir.

Müsabiqə jurnalistlər arasında keçiriləcəkdir. 2016-cı il noyabrın 15-də müsabiqəyə start veriləcək, noyabrın sonunda (son tarix 30 noyabr, saat 18:00) isə müsabiqəyə yekun vurulacaqdır. Müsabiqəyə təqdim olunmuş yazılar arasından xüsusi təyin olunmuş münsif qrupu tərəfindən seçilmiş qaliblər dekabr ayında mükafatlandırma mərasimində elan ediləcəkdir.

  • Birinci yerin qalibi 1000 AZN,
  • İkinci yerin qalibi 800 AZN,
  • Üçüncü yerin qalibi isə 600 AZN

məbləğində mükafat alacaqdır. Bundan başqa müsabiqədə 3 həvəsləndirici yer müəyyənləşdirilib ki, onların hər birinə 300 AZN təqdim olunacaqdır.

Müsabiqənin fərqli cəhəti ondan ibarətdir ki, jurnalistlərdən yeni yazı tələb olunmur. 2016-cı il ərzində bu mövzuda dərc olunmuş yazılar müsabiqəyə təqdim oluna bilər.

Müsabiqəyə təqdim olunan yazılarda aşağıdakı xüsusiyyətlərə əhəmiyyət veriləcək :

-Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi;

-Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

-İfadə vasitələrinin zənginliyi;

-Oxucu üçün informasiyalılıq dərəcəsi;

-Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqdə);

-Yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqdə);

 

-Materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);

diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

-Yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

-Yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

Qeyd:  Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil. Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

Ünvan: AZ1000, Səbail rayonu, Üzeyir Hacıbəyov küç., 26/92, 3-cü mərtəbə, Dünya Türk Gənclər Birliyi İctimai Birliyinin ofisi.

Əlaqə vasitələri : press.musabiqe@gmail.com

Tel: (+994 12) 598 41 36

(+994 55) 547 65 11

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>