A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1478507600_20151015_s6560320

“2 min verib İslam Universitetində oxuyanın ağlı yoxdur” – DEPUTATLA GENİŞ MÜSAHİBƏ

Xarici deputatlar mənim kimi riyaziyyatı, kibernetikanı, biokibernetikanı bilmirlər…

AZEDUPRESS xəbər verir ki, bu sözləri Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev Modern.az-a müsahibəsində deyib.

Deputatın sözlərinə görə, xarici deputatlar bizdən çox şey öyrənməlidir:

“Xarici ölkələrlə Azərbaycanın fərqləri var. Məsələn, bizim özümüzə məxsus dilimiz, davranışımız bizlərə aiddir. Yəni xarici vətəndaş gəlib Bakıda özünü xaricdə olduğu kimi aparsa, deyərsən ki, bu dəlidir ki. Oturub ordan-burdan danışanda, görürəm xarici deputatlar mənim kimi riyaziyyatı, kibernetikanı, biokibernetikanı bilmirlər. Xarici deputatlar bizdən çox şey öyrənməlidir”.

Deputat Azərbaycan təhsil sisteminin Avropa və ABŞ-dan heç də geri qalmadığını deyib:

“Bizim təhsil sistemimiz bu gün o qədər gözəldir ki, biliyimiz amerikanlılardan da, fransızlardan da çoxdur. Əgər ABŞ-da, Fransada 50 milyondan 1 nəfər dahi çıxıbsa, biz 10 milyonuq axı. Hələ indi 10 milyonuq. Müstəqillik dövrünün əvvəllərində 6-7 milyon idik. Uzun illər Sovet İttifaqının təhsil sistemində olmamıza baxmayaraq, bir çox nüfuzlu alimlər verə bildik.

Bu gün də düzgün təhsil strategiyamız var. Söhbər əsl Avropa təhsil sistemində olmaqdan gedir. Mən fəhlə balası olmuşam. Atam da, anam da fəhlə idi. 9 uşaq olmuşuq. Bizə fəhlə Qulamın uşaqları deyirlər.

Həmin 9 uşaqdan 4-ü bu gün müxtəlif elm sahələri üzrə elmlər doktorudur. Qardaşım Əsgər Abiyev qırmızı diplomla Moskva Dövlət Universitetini bitirib. Kiçik qardaşım Teymur Abiyev də Moskvada Rusiya Elmlər Akademiyasının riyaziyyat institunu bitirib və riyaziyyat elmləri doktorudur.

Bacım baş həkim idi, indi təqaüdə çıxıb. Tibb Universitetini qırmızı diplomla bitirmişdi və indi tibb elmləri doktorudur. Mən sovet təhsil sistemini necə tərifləməyim ? Təriflənəsidir də…

“3”, “4” qiymətlə elə kimsə havayı təhsil almaq istəyirsə, bunu yuxusunda görər. Zəif oxuyursansa, oxuma. Get işlə. Bizə 1000 nəfər zay alim lazım deyil. 8 alim olsun, amma əsl alim olsun. Bu bizə bəs edər”.

Dini təhsilə qarşı çıxan millət vəkili xaricə tələbələrin yalnız yeni texnologiyaları öyrənmək üçün göndərilməsinin tərəfdarı olduğunu bildirib:

“Bizə uyğun, millətimizə yaraşan həqiqi dini camaata çatdırmaq üçün elə Azərbaycanda təhsil almaq olar. Hesab edirəm ki, islamı heç də dindarlardan, ilahiyyatçılardan az bilmirəm. Amma bu o demək deyil ki, mən gedib dini təhsil, ilahiyyat təhsili verməliyəm.

Bizim üçün Amerikada, İngiltərədə təhsil alıb ökəyə qayıdan texnika və texnologiyalar üzrə mütəxəsislər daha faydalıdır. Bu günə qədər islamla, dinlə nə təyyarə, nə də traktor yaratmışıq. Din bu işlərlə məşğul deyil. İslam yaranan gündən, Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi islam elmi texniki tərrəqidə nəyə nail oldu? Ümumiyyətlə, islam dini hansı bir elmi kəşfə imza atdı? Heç nəyə. İslam yaranandan ancaq tarixi öyrənə bilmişik.

Mən din, islam üçün Amerikaya, Avropaya, hətta İrana da getməyin qəti əleyhinəyəm. Məsciddə olan din xadimlərimiz bu işlərin öhdəsindən gələ bilər. Çünki xaricdə islam təhsili alanlar sonradan başımıza “Nardaran oyunları”nı açır. Bir nəfər gedib xaricdə oxudu gəldi, Nardaranda nə oyun çıxartdı, qan su yerinı axdı, nə qədər insan həyatına son qoyuldu. Nardaran camaatını bədbəxt etdi. Həmin günlərdə nardaranlılar əsl zülm çəkdi”.

Deputat Bakı İslam Universitetində ildə 2 min manat təhsil haqqı verib oxumağı “ağılsızlıq” adlandırıb:

“Əgər kimsə 2000 manat verib Bakı İslam Universitetində təhsil alırsa, həqiqətən də bu ağılsızlıqdır. Şəxsən mən oğlumu, qızımı o universitetə, o fakültəyə oxumağa buraxmazdım. Çünki il ərzində 2000 manatı ilahiyyat fakültəsinə verməkdənsə, yaxşı bir universitetdə ən lazımlı bir fakültəni oxumaq olar. Bu gün dünya nanotexnologiyalardan təhsil alır. Biz isə ildə 2000 manat ödəyib ilahiyyatı öyrənirik. Bütün dünya insanın neyrohüceyrələrini araşdırır. Bizə bunlar lazımdır. İrsi xüsusiyyətlər, genetik kodu öyrənmək üçün nanotexnoligiyaları öyrənməyin zamanıdır. 4 il ərzində 8 min manat ödəyib İslam təhsili alan adamı mən qəbul etmirəm.

7-ci əsrdə İslam dini yarandı. Məgər 7-ci əsrdən 2-3 min il qabaq sivilzasiyalar, inkişaf yox idi? Əlbəttə var idi. Qədim yunan, Roma, Misir, Mesopotomiya mədəniyyəti olub axı. Musa, İsa və Məhəmməd peyğəmbərdən gələn hər 3 kitab eyni şeydir. Hər 3 kitab Allahın adından yazılıb. Ona görə də ildə 2500 manat ödəyib ilahiyyatdan təhsil almaq mənasızdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>