A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
61097

Prorektorun evindən yarım milyonluq oğurluq işi

Bakı Ağır Cinayətlər Məhkəməsində prorektorun evindən yarım milyon oğurluqla bağlı məhkəmənin hazırlıq iclası keçirilib. Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Noyabrın 10-na təyin olunan ilk baxış iclasında təqsirləndirilən şəxslər ifadə verəcəklər.
Qeyd edək ki, oğurluq Odlar Yurdu Universitetinin prorektoru Münir Vəliyevin evində baş verib. Onun evindən oğurlanmış əmlak ümumilikdə 429 min 172 manat dəyərləndirilib.
Məhkəmə qarşısına çıxarılan altı nəfərə  Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadova Cinayət Məcəlləsini 177.3-cü (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>