A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14657503_1365546633485508_5897369613553777642_n

AzTU-nun kitabxanasında müasir komplektləşdirmə şöbəsi yaradılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) kitabxana şöbəsinin maddi-texniki bazası gücləndirilir. Universitetin kitabxanasının işinin əsas təşkil olunduğu komplektləşdirmə şöbəsi yenidən qurularaq müasir texnologiyalarla təmin olunub. Bu şöbədə Universitetin bütün kitab fondu qeydə alınır və sistemli olaraq yerləşdirilir. Həmçinin magistrların dissertasiya işinin arxivləşdirilməsi və mətbu yayımın-qəzet və jurnalların qəbul edilərək paylanılması həyata keçirilir.
Şöbədə yaradılan mühit gün ərzində xeyli sayda kitabın çeşidlənərək kodlaşdırılmasını mümkünləşdirib. Bundan əlavə yaradılan yeni abu-hava tələbələrin də diqqətindən yayınmayıb. Tələbələr üçün təşkil olunan yeni oxu zalı və sistemləşdirilmiş kataloqlar operativ şəkildə bilik əldə etməyə imkan verir. Bu prosesin daha da inkişaf etdirilməsi üçün komplektləşdirmə şöbəsinin müdiri Zöhrə Məmmədova AzTU-nun ictimai təşkilatları ilə birgə layihələr həyata keçirməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>