A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
IMG_1673

ADNSU rektoru universitetin professor-müəllim heyəti ilə görüşüb

Oktyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ADNSU-nun 3 fakültəsinin – İnformasiya Texnologiyaları və İdarəetmə, Geoloji Kəşfiyyat, eləcə də İqtisadiyyat və Menecment fakültələrinin proferssor-müəllim heyəti ilə görüşüb.

Rektor, professor Mustafa Babanlı ali məktbədə təhsilin keyfiyyətinin yüksəldilməsinin nəticəsi olaraq cəmiyyətdə ADNSU-nun nüfuzunun artdığını və 2016-2017-ci tədris ilində maksimal sayda – 2269 gəncin ali təhsil almaq üçün məhz bu universiteti seçdiyini bildirib. ADNSU-nun nəzdində fəaliyyətə başlamış Fransız-Azərbaycan Universitetinə 142, magistratura pilləsinə 422 nəfərin qəbul olduğunu qeyd edən professor M.Babanlı bunun ali məktəbin professor-müəllim heyətinin üzərinə əlavə məsuliyyət qoyduğunu vurğulayıb. Bu işdə ADNSU-nun professor-müəllim heyətinin rolunu qeyd edən rektor M.Babanlı tədrisin keyfiyyətinin daha da artırılmasının vacibliyini bildirib. Rektor ötən müddət ərzində ADNSU-nun maddi-texniki bazasının yaxşılaşdığını və müəllimlərin əmək haqqının artırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib. ADNSU-nun elmi nailiyyətləri barədə danışan rektor M.Babanlı Rektor, professor M.Babanlı ADNSU-da həyata keçirilən “Elektron universitet” layihəsi barədə məlumat verib, bunun ali məktəbdə tədrisin keyfiyyətinin artırılması üçün nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırıb. 2016-cı ilin 10 ayı ərzində dünyanın nüfuzlu Thomson Reuters agentliyinin nəşrində ADNSU-nun professor-müəllim heyəti üzvlərinin 41 elmi məqaləsinin dərc olunduğunu və bu göstəriciyə görə ADNSU-nun Azərbaycan ali məktəbləri arasında ilk beşlikdə II yerdə qərarlaşdığını vurğulayıb.

ADNSU-nun pedaqoji ilə yanaşı böyük elmi potensialının olduğunu qeyd edən rektor bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyətini bildirib. Rektor M.Babanlı ADNSU-nun beynəlxalq əməkdaşlığının yüksək səviyyədə olduğunu, hazırda üzərində iş gedən layihələr hesabına dünyanın nüfuzlu ali məktəbləri ilə ikitərəfli əlaqələr sahəsində  yeni nailiyyətlərin əldə olunacağını söyləyib. Rektor M.Babanlı əldə olunan nailiyyətlərə yanaşı bəzi çatışmazlıqlara da toxunub və onların aradan qaldırılmasının vacibliyini bildirib.

Sonda rektor professor-müəllim heyətinin suallarını cavablandırıb.

IMG_1671

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>