A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14681875_548997391973902_4375651221298272868_n

ADPU-nun 40 nəfər əməkdaşı SDU-da keçirilən Respublika elmi konfransında iştirak edib

Sumqayıt Dövlət Universitetində (SDU) oktyabr ayının 27-28-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Müəllim-tələbə münasibətləri: pedaqoji-psixoloji aspektlər” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Konfransın proqramı və materialları nəfis şəkildə çap edilərək iştirakçılara təqdim edilmişdir. Konfransda 183 nəfər tədqiqatçının məruzəsi dinlənilmişdir. Universitetimizin İbtidai təhsilin pedaqogikası və metodikası, Ümumi pedaqogika, Ümumi psixologiya, Yaş və pedaqoji psixologiya kafedralarının və filialların 40 nəfər əməkdaşı konfransda müəllim-tələbə münasibətlərinin müxtəlif aspektləri ilə bağlı maraqlı məruzələrlə çıxış etmiş, elmi disskussiyalarda fəallıq nümayiş etdirmişlər. Konfransda SDU-dan sonra ən çox nümayəndə ilə məhz ADPU təmsil olunmuşdur. Plenar iclasda İbtidai təhsil fakültəsinin dekanı, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov ADPU-nun rektoru, professor Cəfər Cəfərovun və professor-müəllim və tələbə kollektivinin adından konfrans iştirakçılarını salamlamış, konfransın işinə uğurlar arzulamışdır. Plenar iclasda professor F.Rüstəmovun “Azərbaycanda ibtidai sinif müəllimi hazırlığı: problemlər və perspektivlər”, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyevin “Müəllim-tələbə münasibətlərinin psixoloji aspektləri”, Ümumi pedaqogika kafedrasının dosenti Heydər Cəfərovun “Müəllim-tələbə münasibətlərinin valeoloji aspektləri” mövzusundakı məruzələri də maraqla qarşılanmışdır. SDU-nun rektoru, professor Elxan Hüseynov konfransın işinə böyük maraq göstərdiklərinə, 40 nəfərlik nümayəndə heyəti ilə təmsil olunduqlarına, maraqlı məruzələrlə çıxış etdiklərinə və elmi müzakirələrdə fəallıq göstərdiklərinə görə ADPU-nun əməkdaşlarına təşəkkür etmiş, onların konfransda iştirakına şərait yaratmış rektor professor Cəfər Cəfərova minnətdarlığını ifadə etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>