A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14937171_1310637995636717_1559980805_n

Ən güclü tələbə BANM-dan!

“eProject Group”un təşkil etdiyi yarışda iştirak edən Baki Ali Neft Məktəbinin tələbəsi Elçin Allahverdili yarışın ilk mərhəsində 300-dən çox tələbə arasından seçilən 60 tələbədən biri olmuşdur. O, ikinci mərhələdə 60 tələbənin Microsoft PowerPoint proqramında hazırladığı təqdimatlar arasında 86 (100) bal toplamış və 3-cü yeri tutaraq finala vəsiqə qazanmış 10 tələbədən biri olmuşdur. Müsabiqənin yekun mərhələsində finalçılar öz təqdimatlarını auditoriya və jüri qarşısında ediblər. Jürilər – peşəkar idarəçi, biznes konsultant və məsləhətçi Fəxri Ağayev, BeSmart.Az şirkətinin rəhbəri Müşviq Həsənov, ünsiyyət konsultantı, ictimai nitq təlimçisi və kouç Rəşad Bayramov finalçıların təqdimatlarını qiymətləndiriblər. Final mərhələsində “Abort və onunla mübarizə” adlı təqdimatı ilə jürilərin və auditoriyanın rəğbətini qazanmış Elçin Allahverdili ən yüksək bal toplayaraq 1-ci yerə layiq görülmüşdür. O, “Jobs Kuboku”n, 500 AZN-lik təhsil vauçerinin və fərqləndirici diplomun sahibi olmuşdur. Elçin Allahverdili qalib gəlməsində BANM-ın birinci kursunda öyrəndiyi prezentasiya hazırlama və təqdimetmə biliklərinin böyük rolu olduğunu xüsusi vurğulamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>