A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14569676_886532441478580_537099259_n

İçərişəhərdəki “Abşeron” Rəsm Qalereyasında tələbələrin “Bu-Ta-nıdım” sərgisi açıldı

2016-cı ilin 28 oktyabr tarixində İçərişəhərdəki “Abşeron” Rəsm Qalereyasında “Bu-Ta-nıdım” sərgisi açıldı. Sərginin sponsoru Azərbaycan Respublikasının Gənclər Fondu, başlıca təşəbbüsçüsü və layihə rəhbəri isə ADMİU-nun (Dövlət Mədəniyyət və İncəsənət Universiteti) 4-cü kurs tələbəsi, gələcək kulturoloq Orxan Məmmədovdur. Sərgidə Bakının müxtəlif ali təhsil ocaqlarında oxuyan 39 yaradıcı gəncin əlliyə yaxın əsəri nümayiş etdirilirdi. Bu eksponatlar bədii qrafika və rəngkarlıq nümunələrindən, bədii tikmələrdən, sair tətbiqi sənət növlərindən ibarət idi. Bədii məziyyətlərinə görə peşəkar incəsənət təhsili alan tələbələrin işlərini həvəskar müəlliflərin əsərlərindən ayırmaq çətin olurdu. Xüsusi maraq doğuran eksponatlar sırasında Gülnar Ağayevanın və Məhəmməd Mustafayevin bədii tikmələrini (“təkəlduz” texnikası), Ləman Məmmədovanın “Bahar yuxusu” və “Butalarla fiqurlar” qrafik kompozisiyalarını, Müjgan Məhərrəmlinin xalça rəsmləri daha çox fərqləndilər. Sərginin adı – “Bu-Ta-nıdım” söz oynatması deviz xarakteri daşıyır və sərginin məqsədlərini ifadə edir. Başlıca məqsədlərdən xalq sənəti növlərinin yaşadılmasını, gənclərin estetik formalaşmasına və asudə vaxtlarının təşkilinə yardım edilməsini qeyd etmək olar. Nümayiş etdirlən bütün kompozisiyalar milli naxışlarımızın ən sevilən detalı olan buta əsasında qurulmuşdu. Ekspozisiya bütövlükdə göstərdi ki, yaradıcı gənclərimiz qarşıya qoyulan bədii tapşırıqları uğurla yerinə yetirməyə qadirdirlər. Ekspozisiya qalereyanın girişindən başlayırdı. Gənc sənətsevərlər pilləkən qəfəsindəki “Qış bağçasını” seyr etdikdən sonra Müjgan Məhərrəmlinin gözəl xalça rəsmləriylə rastlaşırdılar. Açılış zamanı qalereyanın direktoru, sənətşünas Eldəniz İbrahimov sərginin bədii məziyyətlərindən danışdı, daha sonra layihə rəhbəri Orxan Məmmədov “Bu-Ta-dım”ın proqram məqsədlərindən söz açdı. Digər natiqlər – Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin sədri, Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, Xalq rəssamı Xanlar Əhmədov, YAP Gənclər Birliyinin sədr müavini və ofis müdiri Əli Pənahov, ADMİU-nun müəllimi Fəzail Misginli milli incəsənətimizin davamlı inkişafında və gənclərin estetik tərbiyəsində Gəncər Fondunun bu kimi layihələrinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdilər. Açılış mərasiminin bədii hissəsi gənc musiqiçilərin ifasıyla yadda qaldı. Skripkada dünya klassiklərinin əsərləri xoş ovqat bəxş edir, müğam qrupunun ifa etdiyi xalq havaları isə xüsusi canlanma yaradırdı. Iştirakçılar bu gözəl gənclik bayramını xatirə fotoları çəkdirməklə öz yaddaşlarına həkk etdilər. “Bu-Ta-nıdım” gənclik bayramı üç gün davam etdi. Gənc sənətsevərlərin yadında qalacaq bir xatirə də İçərişəhərin “Abşeron” qalereyasının balkonundan seyr edilən nağılvari gecə mənzərəsi oldu.

14569676_886532441478580_537099259_n 14872547_887574614707696_307587265_n 14877724_886531971478627_1156695466_n 14885768_886534298145061_1188523578_n 14886224_886532468145244_1063263433_n 14914995_886532464811911_1367595381_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>