A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14914676_139891253148039_1038932630_n

Gənclərin incəsənət layihəsi keçiriləcək

Hörmətli və dəyərli gənclər, sizləri Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunan “Elm şənliyi” çərçivəsində keçiriləcək Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqəyə dəvət edirik. Müsabiqə gənclərin elmə marağının təbliği və təşviqinə xidmət edir. Müsabiqə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti və Azərbaycan Arxeoloqlar Cəmiyyətinin elmi dəstəyilə 2016-cı ilin dekabr ayında “Elm şənliyi” tədbiri zamanı keçiriləcəkdir. Qaliblər dəyərli və xüsusi hədiyyələr, diplom və sertifikatlar ilə mükafatlandırılacaqdır. Müsabiqədə iştirak etmək üçün aşağıdakı qaydalara riayət etmək kifayətdir.
a) Müsabiqəyə yalnız komanda şəklində qoşulmaq olar
b) Müsabiqədə ancaq universitet tələbələri iştirak edə bilər
c) Müsabiqəyə qeydiyyat bir ay ərzində 2016-cı ilin oktyabr ayının 17-dən noyabr ayının 17-ə kimi həftə içi telefon, e-mail, facebook vasitəsilə həyata keçiriləcəkdir.
d) Müsabiqəyə qeydiyyat bitənə kimi iştirakçı komanda üzvləri haqqında qısa məlumat (ad, soyad, universitet və fakültə) və komanda kapitanı barədə arayış (ad, soyad, universitet, fakültə, tələbə bileti və şəxsiyyət vəsiqəsinin sürəti) təqdim etməlidir.
e) Müsabiqədə iştirak üçün hər bir komanda özünə Qədim Şərqin xalqlarından və ya dövlətlərindən birinin adını seçməli və müvafiq olaraq həmin xalqın və dövlətin simvolunu düzəldib özü ilə yarışmaya gətirməlidir.
f) Müsabiqədə iştirakçılara ünvanlanacaq suallar aşağıdakı ədəbiyyatlar əsasında qeyd olunan dövr və ölkələr üzrə hazırlanmışdır. Həmin ədəbiyyatlardan kənar müsabiqədə heç bir sual səsləndirilməyəcəkdir.
g) Müsabiqədə iştirak edəcək komanda dörd nəfərdən ibarət olmalı və gender bərabərliyi nəzərə alınmalıdır. Komandada ən azı bir oğlan və ya bir qız təmsil olunması şərtdir.
h) Komandanın adı və simvolu öncədən təşkilat komitəsinə bildirilməlidir. Simvol komandanın adına uyğun olub, rəngli və ya ağ-qara olaraq A5 formatda şaquli olaraq ağ fonda çap olunmalıdır.
i) Komanda üzvləri yarışmanın turlarına və finalına gələrkən özlərilə mütləq şəxsiyyət vəsiqəsini və tələbə biletini gətirməlidirlər.
Keçirilməsi nəzərdə tutulan layihə gənclərin elmi fəaliyyətinin təşviqinə və eləcə də, elmin mahiyyətinə və təhsilə marağın artırılmasına yönəldilmişdir. Bu layihə çərçivəsində elmin və onunla bağlı fəaliyyətin əyləncəli və səmərəli olması, müasir gənclərin qavrayışında yorucu və darıxdırıcı elmi qəliblərin çıxarılması hədəflənmişdir. Həmçinin Azərbaycanın tarixinə marağın təşviqi üçün bu müsabiqədə tarixi torpaqlarımızın keçmişinin təbliği əsas hədəflərimizdəndir. Bunları nəzərə alaraq aşağıdakı ədəbiyyatlar başlıca qaynaq kimi seçilmişdir.
a) Yusif Yusifov. Qədim Şərq tarixi. Bakı-1993, 2007
b) Süleyman Əliyarlı. Azərbaycan tarixi. Bakı-1996
c) Ziya Bünyadov və Yusif Yusifov. Azərbaycan tarixi. Bakı-1994
d) Azərbaycan tarixi. 7 cilddə, I cild. Bakı-2007
e) В.И. Кузищин. История Древнего Востока. Москва- 1979, 1988, 2003

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>