A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1446464437_muellime1477384946

Valideyn komitələrinin cahil “sədr”ləri kal üzüm olub keçib boğazımıza

Rəsmi olmasa da, bu gün məktəblərdə valideyn komitəsi və onun sədri vəzifəsini böyük şəstlə daşıyan analar var. O analar ki, uşağının təlim-tərbiyəsilə məşğul olmaq, daha yüksək təhsil almasını təmin etmək əvəzinə, sinif rəhbərinin həndəvərində olmağa, ona şirin görünməyə, yaltaqlanmağa üstünlük verir.

“Müəllimlər günü”, “Yeni il”, “8 Mart”, “Novruz bayramı” ərəfəsində xüsusi canfəşanlıq göstərərək digər valideynləri müəllimi “təbrik etməyə” məcbur edir, yersiz şeylər üçün valideynlərdən pul yığır.

 

Əslində bu “vəzifə” uzun illərdir ki, Azərbaycan məktəblərində “təsis edilib”. Bir vaxtlar valideynlərin dərdi fondpulu, süpürgəpulu idisə, indi müəllimə printer almaq, hər dəfə katrici doldurmaq, partanın üstündəki süfrəyə xüsusi bəzəkli örtük sərilməsini təmin etməkdir.

 

Əlavə olaraq işləyən ana kimi də Valideyn komitəsi sədrinin qınaq obyektinə çevrilirsən: “Siz məktəbə çox gəlmirsiniz deyə, bəzi məsələlərdən xəbəriniz yoxdur”. Guya bunların, qlobal saydığı bazar söhbətlərindən xəbərim olmasa, çox şey itirəcəm. İşləsəm də, üzümü görməsəniz də, evdə rahat oturmağa da imkan vermirsiniz axı, ay SƏDR!

İşdən evə yorğun gedirsən ki, onca dəqiqə dincələsən, budur, “whatshapp”a mesajlar gəldi: “salam. sabaha uşağın çantasına 6 manat qoy, 8 manat qoy”.

Etikadan, tərbiyədən, mədəniyyətdən kənar ev qadınları, daşıdıqları “vəzifə”nin verdiyi qazla qarşısındakına əmr etməkdən də çəkinmir. Elə bil mən pul kəsirəm, sabaha uşağın çantasına pul qoymağa da borcluyam.

Uşağın xətrinə tələb etdikləri məbləği ödəməyinə baxmayaraq, valideyn komitəsinin öz adını dəftərə yaza bilməyən, cahil sədri elə bir ədayla sənə minnət qoyur ki, elə bilirsən hamı pul verib, sən qıraqda qalmısan.
Əlqərəz, bu valideyn komitələrinin sədri bir kal üzüm olub keçib boğazımıza, nə uda bilirik, nə tüpürə…

 

Bu həngamələrin qopduğu təhsil ocaqlarına nəzarəti həyata keçirən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-ın növbəti dəfə qaldırdığı məsələ ilə bağlı hər zamanki açıqlamasını təkrar edib:

“Valideyn komitələri təkmilləşdirilir. Cənab nazir tərəfindən irəli sürülən təşəbbüsə görə, valideyn komitələrilə bağlı dünya təcrübələri öyrənilərək daha sağlam mühitin yaradılmasına yardım etmək məqsədilə bu işi təşkil etmək niyyətimiz var. Burada eyni zamanda valideynlərin məktəblə sıx əlaqəsini təmin etmək üçün şəffaf yollardan, metodlardan istifadə ediləcək”.

 

P.S. Bu təkmilləşdirmə prosesinə əlavə vaxt və vəsait sərf edəcək nazirlik əməkdaşlarına demək istəyirəm ki, bir halda valideynlər, müəllim- valideyn münasibətlərində bu cür əlaqələrin qurulmasına, genişləndirilməsinə qarşıdrısa, niyə bunları nəzərə almırsıznız?! Yoxsa valideyn komitələrinin qalmasının sizə xeyri var, biz bilmirik?..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>