A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14718747_683546745133217_937776643995731925_n

Sumqayıt şagirdləri “EcoArt” layihəsində iştirak ediblər

Oktyabrın 21-i Sumqayıt şəhərində “İnkişaf zamanı” proqramı və “MitOst”un dəstəyi ilə “Sosial dəyişikliklər naminə incəsənət” proyekti çərçivəsində “EcoArt” layihəsinin ilk mərhələsi keçirilib. 25 nömrəli məktəbdə keçirilən layihədə həmin məktəbin 20 şagirdinə ekoloji incəsənət mövzusunda təlimlər keçirilmişdir. Təlim görmüş şagirdlər tullantılardan əl işləri hazırlamaq vərdişlərinə yiyələnərək əl işləri hazırlamışlar. Layihə təşkilatçılarından olan Toğrul Bayramlının sözlərinə görə, ekologiya elmi yer üzərində həyatın davamı və inkişafı ücün vacib olan bir istiqamətdir. Ekoloji biliklər yaş və peşədən asılı olmayaraq hamıya lazımdır. Bu səbəbdən, “EcoArt” ayihəsinin icrasına start verilmişdir. Layihənin əsas məqsədi diqqəti ekoloji problemlərə yönəldərək əhali arasında maridləndirmənin aparılması, şəhərin daha təmiz görünüş alması, tullantıların təkrar emalının həvəsləndirilməsi, mötivlərinin artırılması, ekoloji mədəniyyətin erkən yaşda formalaşdırılmasına nail olmaq, ekoloji tərbiyyənin yaş səddini unudub bu işə könüllü yanaşan hər bir gəncin əli ilə digər insanlara da səsimizi yetirə bilməkdən ibarətdir. Həmçinin həyat üçün ətraf mühitin qorunmasının vacibliyini çatdırmaq, əhalinin tullantıları xüsusi konteynerlərə atmasına nail olmaq, vətandaşları zibilatma mədəniyyətini və zibil qutularına atılmayan tullantıların ətraf mühitə zərərli olduğu fikrini aşılamaq, gənclərin ətraf mühit mövzusunda öz fikirlərini, düşüncələrini, qabiliyyət və bacarıqlarını nümayiş etdirmələrinə və bu sahədə təcrübə əldə etmələrinə imkan yaratmaq, məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında çəkilən rəsmlərlə əhali arasında informasiyanın daha da yayılmasına dəstək olmaqdan ibarətdir. Qeyd edək ki, layihənin növbəti mərhələsində Sumqayıt şəhərində yerləşən məhəllələrdəki tullantı konteynlərinin üzərində ekoloji problemlərə maraq oyadan, ekoloji mədəniyyəti, təmizliyi təbliğ edən rəsmlər çəkiləcəkdir.

14681892_683546671799891_8325542486789958878_n 14708143_683546591799899_977550512381345376_n 14716068_683546871799871_7113473648156953803_n 14718747_683546745133217_937776643995731925_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>